Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
İclasda 26 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 2189 arıçıya saxladıqları 48030 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 480300 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.
İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.
Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:
Abşeron- 20 nəfər, 807 arı ailəsi, 8070,0 manat Ağcabədi- 65 nəfər, 1027 arı ailəsi, 10270,0 manat Astara- 206 nəfər, 9708 arı ailəsi, 97080,0 manat Bərdə- 26 nəfər, 638 arı ailəsi, 6380,0 manat Füzuli- 121 nəfər, 1500 arı ailəsi, 15000,0 manat Goranboy- 74 nəfər, 1800 arı ailəsi, 18000,0 manat Gədəbəy- 342 nəfər, 4073 arı ailəsi, 40730,0 manat Hacıqabul- 8 nəfər, 449 arı ailəsi, 4490,0 manat İmişli – 2 nəfər, 100 arı ailəsi, 1000,0 manat İsmayıllı- 5 nəfər, 65 arı ailəsi, 650,0 manat Kürdəmir - 27 nəfər, 804 arı ailəsi, 8040,0 manat Qazax- 244 nəfər, 3600 arı ailəsi, 36000,0 Qobustan- 81 nəfər, 1775 arı ailəsi, 17750,0 manat Qubadlı- 3 nəfər, 74 arı ailəsi, 740,0 manat Laçın - 43 nəfər, 523 arı ailəsi, 5230,0manat Lənkəran- 102 nəfər, 3665 arı ailəsi, 36650,0 manat Masallı – 171 nəfər, 2750 arı ailəsi, 27500,0 manat Oğuz- 39 nəfər, 750 arı ailəsi, 7500,0 manat Sabirabad- 2 nəfər, 80 arı ailəsi, 800,0 manat Samux – 72 nəfər, 1088 arı ailəsi, 10880,0 manat Samux-Gəncə- 3 nəfər, 100 arı ailəsi, 1000,0 manat Şabran- 33 nəfər, 988 arı ailəsi, 9880,0 manat Şamaxı- 238 nəfər, 6422 arı ailəsi, 64220,0 manat Şəmkir- 173 nəfər, 3361 arı ailəsi, 33610,0 manat Siyəzən- 73 nəfər, 1600 arı ailəsi, 16000,0 manat Salyan- 16 nəfər, 283 arı ailəsi, 2830,0 manat
_______________________________
Cəmi: 2189 nəfər / 48030 arı ailəsi / 480300 manat
Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) \"Subsidiyalar\" bölməsində yerləşdiriləcək.
Bu günə qədər Respublika Komissiyasının keşirilmiş iclaslarında ölkə üzrə cəmi 4654 arıçiya 113815 arı ailəsinə (pətəyə) görə 1138,15 min manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilmişdir.
Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024