Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin müvəkkil kredit təşkilatları sırasına daha bir bank əlavə olunub. Dövlət Xidməti fermerlərə güzəştli şərtlərlə kredit vermək üçün Rabitəbank Açıq Səhmdar Cəmiyyəti ilə niyyət protokolu imzalayıb. Niyyət protokolunu Dövlət Xidmətinin rəisi Mirzə Əliyev və “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Orhan Gültekin imzalayıb.
Qeyd edək ki, bu günədək “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Turanbank” ASC, “Rabitəbank” ASC, “Aqrarkredit” QSC BOKT, “Finoko” BOKT ASC, “Finans İnvest” BOKT ilə niyyət protokolları imzalanıb. İlin sonunadək Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti müvəkkil banklar vasitəsilə fermerlərə 10 milyon manatadək məbləğdə kredit verməyi planlaşdırır. Kreditlər vətəndaşlara maksimum 7%-lə veriləcək. Bundan başqa, fermer və sahibkarlardan daşınar əmlakı, təsərrüfatı girov kimi qəbul etmək və başqa yeni girov mexanizmlərinin tətbiqi də diqqətdədir.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
12 Oktyabr 2026
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb
12 Oktyabr 2026
Ağdaşda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunub
12 Oktyabr 2026
Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
10 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
10 Oktyabr 2026