Daşkəsəndə Fermerlər Şurasının üzvlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Bitki Mühafizə və Texniki Bitkilər üzrə Elmi Tədqiqat İnstitutunun, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin digər yerli qurumlarının əməkdaşları iştirak ediblər.
Daşkəsən DAİM-in direktoru Azər Hacıyev çıxış edərək ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan aqrar islahatlar və son dövrlər əldə olunan yüksək nəticələr barədə ətraflı məlumat verib. O bütün rayonlarda olduğu kimi, Daşkəsəndə də kənd təsərrüfatı məhsullarının istehsalı üçün sahibkarlara hər bir şəraitin yaradıldığını və əvvəlki illərdən fərqli olaraq yüksək məhsuldarlıq əldə olunduğunu qeyd edib. Azər Hacıyev dövlətin fermerlərə texnika, toxum, gübrə dəstəyi, subsidiyalar barədə ətraflı məlumatlar verib, subsidiya mexanizminin Daşkəsəndə fermerlərin fəaliyyəti üçün ciddi stimul olduğunu bildirib: “Fermerlərə dövlət səviyyəsində göstərilən bu cür diqqət və qayğıya cavab olaraq biz öz işimizə tənqidi yanaşmalı, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları istehsal etməyə çalışmalıyıq”.
Tədbirdə çıxış edən Bitki Mühafizə və Texniki Bitkilər üzrə Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Sahib Cabbarov taxılçılıq və bu sahənin inkişafı, aqrotexniki əməliyyatlar, zərərvericilər və xəstəliklər, toxumun səpinqabağı dərmanlanması və s. haqqında məlumat verib.
Tədbirin sonunda istehsalçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, fermerlərə müvafiq tövsiyələr verilib.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026