Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində lazımı tədbirlər davam etdirilir. Bu məqsədlə yerlərdə epizootik tədbirlər planına uyğun olaraq xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya və digər tədbirlər aparılır.
Daşkəsən rayonunda “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun rayon ərazisində saxlanılan heyvanlar və quşlar arasında profilaktiki peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilir. Hal-hazırda rayonda baytarlıq xidməti tərəfindən iribuynuzlu heyvanlarda dabaq, tuberkulunizasiya, leptospiroz, təkdırnaqlı heyvanlarda malleinizasiya, ev quşlarında (“H”ştammı) və cücələrdə (“La-sota” ştammı) nyukasla xəstəliyinə qarşı vaksinasiya tədbirləri həyata keçirilir. Qeyd edək ki, Daşkəsən Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2019-cu il ərzində 4365 baş iribuynuzlu heyvanda vərəmə (allergik) və 1035 baş atda manqo xəstəliyinə görə (mallenizasiya) müayinələr aparılıb və yoluxma aşkar edilməyib.
Həmçinin rayonda 20323 baş iribuynuzlu heyvanda dabaq, 28612 baş cücədə (“Lasota” ştammı), 22270 baş ev quşunda (“H” ştammı) nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Mart ayının ilk günlərindən isə Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılır. Hal-hazırda iribuynuzlu heyvanlarda nodulyar dermatit ilə yanaşı, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara xasətəliyinə qarşı profilaktiki peyvəndləmə işləri davam etdirilir. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Yay mövsümü ərzində Daşkəsən rayonuna respublikanın aran bölgələrindən və rayonun hüquqi və fiziki şəxslərinə məxsus təsərrüfatlardan yay otlaq sahələrinə gətirilən heyvanlara baytarlıq baxışının keçirilməsini təmin etmək məqsədi ilə baytarlıq məntəqələri yaradılıb. Yaradılmış məntəqələrdə müraciət əsasında heyvanlara baytarlıq xidməti göstərilir, avtomobil və piyada keçidi ilə hərəkət edən iribuynuzlu və xırdabuynuzlu heyvanlar dezobaryerdən keçirilir.
Bundan başqa Daşkəsən rayonunda kəndli fermer təsərrüfatlarında da dezinfeksiya işləri aparılır. ”Ağbaba” kəndli fermer təsərrüfatında 250 kvadratmetr sahə, “Murov“ kəndli fermer təsərrüfatında isə 500 kvadratmetr sahə dezinfeksiya olunub. Ümumiyyətlə, heyvan saxlanılan binalar və ətraf ərazilərdə aparılan tədbirlər zamanı almerdehiyde, kreolin, 5%-li kaustik soda və s. dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.
Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində profilaktiki peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya tədbirlərini aparmaqla yanaşı, mütəmadi olaraq fermerlərlə görüşlər keçirilir, heyvan saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə işləri aparılır. Eləcə də idarəyə daxil olan müraciətlər nəzarətə götürülərək yerində araşdırılıb lazımı köməkliklər göstərilir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024