Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkədə epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir. Cari ilin müvafiq dövrü ərzində Aqrar Xidmətlər Agentliyinin Daşkəsən Rayon Baytarlıq İdarəsi “Epizootiya əleyhinə profilaktika, müalicə və diaqnostika tədbirləri” planına uyğun 22656 baş iribuynuzlu, 92773 baş xırdabuynuzlu, 3972 baş cavan iribuynuzlu, 1383 baş təkdırnaqlı heyvanda qarayara, 22633 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 93432 baş xırdabuynuzlu, 51792 baş cavan xırdabuynuzlu heyvanda çiçək, 46555 baş iribuynuzlu, 105989 baş xırdabuynuzlu, 2528 baş cavan iribuynuzlu heyvanda dabaq, 5578 baş iribuynuzlu, 6862 baş iribuynuzlu, 2080 baş xırdabuynuzlu heyvanda leptospiroz, 4122 baş iribuynuzlu, 17692 baş xırdabuynuzlu heyvanda bruselyoz, 4083 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 53715 baş quşda “H” vaksini, 69130 baş quşda “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparıb.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1062 baş iribuynuzludan, 4 baş qoçdan və 16 baş ana qoyundan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Eləcə də 5006 baş iribuynuzlu heyvan vərəmə və 1035 baş at manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.
Həmçinin Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvan saxlanan və satılan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparılıb. Cari ilin müvafiq dövrü ərzində Daşkəsən rayonunda 170 obyektdə 17922 kvadratmetr ərazidə profilaktik, 23 obyektdə 1950 kvadratmetr ərazidə məcburi dezinfeksiya, 265 kvadratmetr ərazidə isə dezinseksiya tədbirləri yerinə yetirilib.
Eləcə də rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi, bəslənməsi və saxlanmasında baytarlıq-sanitariya tələblərinə əməl edilməsinə dair tövsiyələr də verilib.
Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları profilaktik, müayinə və müalicə tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq ayrı-ayrı fermerlər arasında maarifləndirmə və təbliğat işləri həyata keçiriblər.
Hazırda 2020-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin aparılmasını təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib.
Hazırlıq işləri çərçivəsində baytarlıq preparatlarının “soyuq zəncir” rejiminə uyğun istifadəsi, yerlərə çatdırılması, epizootik və ambulatoriya kitablarda qeydiyyatın aparılmasına dair müvafiq tapşırıqlar verilib. Eləcə də idarələr lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
AXA bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024