Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti bölgələrdə yerli fermer və təsərrüfat sahibləri ilə silsilə görüşlər çərçivəsində bu dəfə Salyan Dövlət Aqrar İnkişaf Mərkəzində yeni yaradılmış Fermerlər Şurasının üzvləri ilə görüşüb.
Görüşdə məqsəd Şura üzvləri ilə tanışlıq, Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətləri barədə onları məlumatlandırmaq və gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.
DATŞ-ın bazar araşdırmaları və satış departamentinin müdiri Yaşar Əhmədov Şirkətin fəaliyyət istiqamətləri və həyata keçiriləcək layihələr barədə görüş iştirakçılarını məlumatlandırıb.
“Bizim əsas məqsədimiz kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların satışına dəstək göstərməkdir. Eyni zamanda fermerlərin təsərrüfatlarını inkişaf etdirmək və onların sosial rifah halını yaxşılaşdırmaq əsas vəzifələrimizdəndir. Bu istiqamətdə bir neçə iri layihələr üzərində çalışır, bu layihələrin reallaşması üçün tərəfdaşlarla danışıqlar aparırıq. Qısa zamanda fəaliyyətə başlasaq da, artıq bir neçə rayonda fermerlərlə görüşüb, satışdakı problemlər və fermerlərin istəkləri ilə tanış olmuşuq. Fermerlərin işinin sürətləndirilməsi və təsərrüfatların inkişafı üçün yaradılan Fermerlər Şurasının da fəaliyyətimizdə bizə dəstək olacağından əminik”.
Yaşar Əhmədov DATŞ-ın fəaliyyətində fermerlərlə alıcılar arasında vasitəçilik missiyasını həyata keçirdiyini və qarşılıqlı əməkdaşlıq üçün bu görüşlərin mütəmadi davam etdiriləcəyini bildirib.
Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyətinə uğurlar arzulayan Fermerlər Şurasının üzvləri hər cür dəstək göstərməyə hazır olduqlarını bildiriblər.
Daha sonra görüşdə iştirak edən fermerləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026