Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, bəzən qaramal, camış və zebuların ağciyərində girdə qurdların törətdiyi diktokaulyoz xəstəliyinə təsadüf edilir.
Bu xəstəlik yaz və payız aylarında şiddətlənir. Köklük dərəcəsi aşağı və müqaviməti az olan heyvanlar arasında xüsusilə çox tələfata səbəb olur. Diktiokaulyoz bütün yaş qrupuna daxil olan qoyunlarda, daha çox isə birilliklərdə tələfat verir. Qaramalda isə birillik və ilyarımlıq cavan heyvanlar bu xəstəliyə tutulurlar.
Ağciyər qurd xəstəliyinə tutulmuş heyvanlarda öskürmə başlanır. Heyvan hərəkət edərkən çox tez-tez öskürür. Onların burnundan selik axır. Heyvan çətinliklə nəfəs alır, arıqlayır, çənəsinin, döşünün altında şişlər əmələ gəlir. Diktiokaulyozun ən səciyyəvi əlamətlərindən biri də xəstə heyvanların tədricən arıqlamasıdır. Düzgün yemləndirməyən zəif və arıq heyvanlar bu xəstəliyi ağır keçirirlər. Diktiokaulyozdan ölmüş heyvanın cəmdəyi arıq, selik qişaları solğun, ağciyərləri bir qədər böyümüş, rəngi boztəhər, səthi qabarıqlı, bəzən tünd qırmızı rəngli bərkimiş sahələr, parenximada boşluqlar, bronx və bronxoiolalarda selikli maye və küllü miqdarda diktiokaulyoz törədicisi olur. Yadda saxlamaq lazımdır ki, ağciyərdə diktiokaulyoz törədicisinin tək-tək olmasının orqanizmə müəyyən mənfi təsiri olsada bu heç də heyvanın diktiokaulyozdan ölməsinə səbəb olmur.
Qeyd edək ki, qurdun tənəffüs yollarına tökdüyü yumurtalar bəlğəmlə heyvanların ağzına düşür və udqunma zamanı ağız suyu ilə udularaq bağırsaqlara keçir. Bağırsaqlarda, əsasən yoğun bağırsaqda yumurtalardan sürfələr çıxır. Həmin sürfələri heyvan nəcislə ətrafa yayır. Xarici mühitdə bunlar inkişaf edib invazion mərhələyə çatır. Belə sürfələr yemlə və ya su ilə udulduqda bağırsaq divarlarında limfa və qan damarlarına düşərək ağciyərlərə gətirilir. Burada onlar orta hesabla bir aydan sonra cinsiyyətcə yetişkən qurda çevrilir. Heyvan müalicə edilməzsə, qurdlar ağciyərdə 45 gündən bir ilədək qala bilir.
Diktiokaulyoz sürfələri əlverişli şəraitdə bir ilə yaxın diri qalıb heyvanları yoluxdurur. Ona görə də əvvəllər diktiokaulyozlu heyvanlar otarılmış sahələrdə mal-qaranın bu xəstəliyə yoluxma qorxusu olduğu nəzərə alınmalıdır.
Diktiokaulyoz respublikanın müxtəlif iqlim zonalarında bir-birindən fərqli sürətdə baş verir. Ona görə də ayn-ayrı rayonlarda diktiokaulyoza qarşı profilaktik dərmanlama Dövlət Baytarlıq Xidmətinın yerli qurumları tərəfindən müəyyən edilmiş vaxtlarda aparılmalıdır.
Diktiokaulyozla yoluxmanın qarşısını almaq üçün heyvanlar tam keyfiyyətli yemlərlə təmin olunmalı, mədəni otlaqlarda otarmalı, növbəli otarma təşkil edilməlidir.
Heyvanlarda diktiokaulyoz xəstəliyinə qarşı aparılacaq müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda diktiokaulyoz xəstəliyinə qarşı aparılacaq profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024