Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akrreditə olunmuş səfirliklərinin rəhbərləri ilə “Azərbaycan Respublikasında aqrar islahatlar” mövzusunda görüş keçirilib.
Görüşdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, görüşün keçirilməsində məqsəd Azərbaycanın aqrar sektorunda aparılan islahatlar barədə məlumat verməklə yanaşı, ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Nazir kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf edən sahələrindən biri olduğunu deyib: “Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində üç əsas prinsipə əsaslanır. Bunlar fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləridir. Nazirlik təməl prinsiplərinə söykənərək funksional fəaliyyətini müasir tələblərə uyğun təşkil etmək üçün beş strateji istiqaməti əsas götürüb. Bu istiqamətləri aqrar təhlil, aqrar həllər, aqrar bilik və bacarıqlar, aqrar dəstək və aqrar ticarət kimi təsnif edə bilərik. Aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafı vəzifələrinin icrasını təmin etmək məqsədilə Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Eyni zamanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlamışıq. Bu sistem bütün aqrar xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsinə imkan verəcək və fermerlərə əlavə üstünlüklər yaradacaq. Son üç ay ərzində artıq 50 mindən artıq fermer yeni sistemdə qeydiyyatdan keçib”.
Görüşdə Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzləri, AMAL və AFAQ layihələri, “Aqrar Tədarük və Təchizat” ASC və Dövlət Aqrar Ticarət Şirkətinin funksiyaları barədə iştirakçılara geniş məlumat verilib.
Daha sonra Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev və Dövlət Aqrar Ticarət Şirkətinin rəhbəri Leyla Məmmədova təmsil etdikləri qurumların əsas fəaliyyət istiqamətləri barədə təqdimatlarla çıxış ediblər.
Görüşdə diplomatik korpus nümayəndələrinin aqrar islahatların müxtəlif istiqamətlərinə dair sualları cavablandırılıb.


Bölgələrdə ölkəmiz üçün xarakterik olmayan dabaq xəstəliyinin SAT-1 serotipinə qarşı peyvəndləmə tədbirləri davam edir
11 Dekabr 2025
AKİA sədri Yalçın Camalov Qubada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
11 Dekabr 2025
Azərbaycanda indiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
11 Dekabr 2025
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağdaşda vətəndaları qəbul edib, fermerlərlə görüşüb
11 Dekabr 2025
Bakıda növbəti “Mövsüm Yarmarkası” təşkil olunacaq
11 Dekabr 2025