Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Xaçmaz və Şəki şəhərlərində yeni inşa edilmiş toxum emalı zavodlarında 4000 ton yerli və xarici toxum emal olunub. Müəssisələr saatda 5 ton toxum emal etmək gücünə malikdir və emal olunmuş toxum 20000 hektar ərazini keyfiyyətli toxumla təchiz edə bilər.
Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır.
Zavodunun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir. Toxum emalı zavodları regionun toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayır.Zavodda yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumlar emal edilir. Fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması, sertifikatlanması həyata keçirilir.
Qeyd edək ki, hazırda zavodlarda emal prosesi davam edir.
AXA-nın Mərkəzi Laboratoriyasında “Açıq qapı” günü keçirilib
25 Avqust 2026
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinə həsr olunmuş növbəti iclas keçirilib
25 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
25 Avqust 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026