Ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Xarici İşlər Nazirliyi tərəfindən Lənkəran şəhərinə və Astara rayonuna səfəri təşkil edilib. Regionların inkişafı ilə yaxından tanış olmaq və cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə təşkil olunan səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edib. Səfər çərçivəsində səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi ilə də tanış olublar.
İlk öncə qonaqların diqqətinə çatdırılıb ki, DAİM-lərin yaradılmasında əsas məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyalardan istifadə etməklə bağlı maarifləndirmə işləri aparılmasıdır.
Daha sonra, DAİM-in fəaliyyəti və aqrar sektorda yeni göstərilən xidmətlərin bir sıra üstünlüklərindən danışılaraq “vahid pəncərə” prinsipinin tətbiqi, şəffaflığın artırılması, fermerlərlə sıx əlaqələrin qurulması mexanizmləri vurğulanıb. Bundan başqa, bildirilib ki, DAİM-in nəzdində Fermer və Koordinasiya şuraları da yaradılır. Fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil edilən bu şuraların əsas vəzifələri çətinlikləri öyrənmək, onların aradan qaldırılmasında kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı innovativ təkliflər verməkdən ibarətdir
Səfər əsnasında regionun qida və kənd təsərrüfatı məhsullarının ixrac potensialı haqqında da təqdimatlar təşkil olunub və “Ağıllı Kənd” və “Elektron Kənd Təsərrüfatı” layihələri kimi müxtəlif innovativ layihələrdən barədə məlumat verilib. Qeyd olunub ki, həyata keçirilən layihələr kənd təsərrüfatının müxtəlif sahələrində innovativ inkişafı dəstəkləyir, yüksək ixtisaslı kadrların hazırlığına təkan verir, ekoloji kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə, dəyər zəncirinin təkmilləşdirilməsi və məhsuldarlığın artırılmasına, eləcə də kənd yerlərində məşğulluğun artmasına xidmət edir.
Sonda diplomatik korpusun nümayəndələrinin sualları cavablandırılıb.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026