Mart ayında Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən ölkənin müxtəlif rayonlarında fermerlərin maarifləndirilməsi ilə bağlı silsilə təlimlərə start verilib.
Fermerlərin maarifləndirilməsi ilə bağlı ilk təlim Xaçmaz rayonunda baş tutub. “Maliyyə savadlılığı” mövzusunda “Paşa Bank”ın nümayəndəsi Vüqar Əliyev, “Aqrobiznesdə marketinqin rolu” mövzusunda isə Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndəsi Röyal Şirinov təqdimatla çıxış edib, təlimdə iştirak edən fermerləri maraqlandıran sualları cavablandırıblar.
Martın 7-8-də Lənkəran, martın 11-12-də Şəki, martın 13-də Gəncə, martın 14-15-də Qax, martın 27-28-də isə Tovuz rayonlarında təlimlər keçiriləcək. Tədbirdə maliyyə savadlılığı, qlobal GAP, məhsulların sertifikatlaşdırılması, yeni bazarlara çıxış imkanları, məhsulların satışında marketinqin və brendləşdirmənin önəmi, aqrar biznesdə qadın sahibkarlığın önəmi, “Yaşıl dəhliz” buraxılış sistemi və sadələşdirilmiş ixrac prosedurları mövzularında ekspertlər tərəfindən mühazirələr oxunacaq, müzakirələr aparılacaq.
Bu mövzularda maarifləndirici təlimlərin mütəmadi olaraq digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişafını sürətləndirmək, dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını təmin etmək, bununla da ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir.
Nazir Məcnun Məmmədov Qarabağda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 May 2026
Nazir Məcnun Məmmədov Şuşada vətəndaşlarla görüşüb
15 May 2026
Fiziki və hüquqi şəxslərə məxsus istehsal və saxlama yerlərində fumiqasiya tədbirləri davam etdirilir
15 May 2026
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
15 May 2026
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb
15 May 2026