Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti bölgələrdə yerli fermer və təsərrüfat sahibləri ilə silsilə görüşlər keçirir. Növbəti görüş Şabran, Xaçmaz və Qusar Dövlət Aqrar İnkişaf Mərkəzlərində baş tutub.
Görüşdə məqsəd yerli fermer və sahibkarlarla tanışlıq, Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətləri barədə onları məlumatlandırmaq və gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.
DATŞ direktor müavini Sərxan Sərxanov qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların satışında rastlaşdıqları problemləri dinləmək, məhsul satışına dəstək göstərmək məqsədilə fermerlərlə görüşdüklərini bildirib.
“Dövlət Aqrar Ticarə Şirkəti 3 aya yaxındır ki, fəaliyyətə başlayıb. Bu müddət ərzində şirkətimiz həm formalaşma prosesini keçir, həm də kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsul satışına dəstək göstərməyə çalışır. Paralel olaraq Dövlət Aqrar Ticarət Şirkəti fermer təsərrüfatlarının daha da inkişafı, fermerlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər planı üzərində işləyir. Hədəfimiz böyükdür. Bizim əsas məqsədimiz yerli fermerlərlə əməkdaşlıq qurmaq, onlarla birbaşa ünsiyyət yaratmaq və məhsul satışına dəstək göstərməkdir”.
Həyata keçiriləcək layihələr barədə görüş iştirakçılarına məlumat verən DATŞ-ın direktor müavini fəaliyyət zamanı fermerlərlə alıcılar arasında vasitəçilik missiyasını həyata keçirdiklərini bildirib.
Daha sonra görüşdə iştirak edən fermerlərin təklifləri müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşdən sonra DATŞ nümayəndə heyəti Şabran rayonu Mərcanlı kənd sakini Ağalar Yusifov, Xaçmaz rayonu Yergüc kənd sakini Aydın Əsbəndiyev və Çarxı kənd sakini İlyas Sərdarovun bağ sahəsi ilə tanış olub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
09 Oktyabr 2026
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub
09 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Naxçıvanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
08 Oktyabr 2026
Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri həyata keçirilir
08 Oktyabr 2026
Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib
08 Oktyabr 2026