Latviyanın paytaxtı Riqada \"Azərbaycan Ticarət Evi\" açılıb. Açılış mərasiminə həsr olunmuş tədbirdə tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova və direktor müavini Sərxan Sərxanov
Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış \"Azərbaycan Ticarət Evi\" \"Made in Azerbaijan\" brendinin Latviya bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, məhsullarımızın Latviyada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.
Səfər çərçivəsində Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti Latviyanın aparıcı distributor şirkəti olan “Auqlu Servis” və fındıq idxalatçısı olan “Alis-Co” şirkətinin rəhbərliyi ilə görüşüb, ikitərəfli əməkdaşlığın imkanları barədə müzakirələr aparıb.
Məlumat üçün bildirək ki, “Auqlu Servis” bu yaxınlarda Azərbaycandan pomidor idxal edərək Latviyanın məşhur market şəbəkələrində satışını həyata keçirib.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026