Ötən həftə Polşanın paytaxtı Varşavada “Azərbaycan Ticarət Evi” açılıb. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək.
“Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunmuş tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Polşanın rəsmi şəxsləri və iş adamları iştirak ediblər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova da açılış mərasimində iştirak edib.
Leyla Məmmədova sərgi zamanı qonaqlara DATŞ-ın fəaliyyəti, Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ixracı istiqamətində görülən işlər, eləcə də “Kənddən Şəhərə” layihəsi barədə ətraflı məlumat verib.
Azərbaycan Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə Dövlət Aqrar Ticarət Şirkətinin stendində, kənd təsərrüfatı məhsulları, o cümlədən qablaşdırılmış “Kənddən Şəhərə” məhsulları və s. nümayiş olunur.
Qeyd edək ki, “Kənddən Şəhərə” məhsulları kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların vahid ad altında qablaşdırılaraq satışının həyata keçirilməsindən ibarət bir layihədir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026