May ayının 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Kürdəmir rayonunda “Pambıq bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda pambıqçılıq sahəsində fəaliyyət göstərən fermerlərlə görüş keçirib.
Açıq sahədə keçirilən görüşün keçirilməsində əsas məqsəd pambıq sahəsində yaz-tarla işlərinin aparılması, pambığın becərilmə texnologiyasında bütün aqrotexniki qaydalara riayət edilməsi, pambıq sahələrinin zərərverici və xəstəliklərdən qorunması istiqamətində aparılması nəzərdə tutulan mübarizə tədbirləri və digər məsələlərlə yaxından tanış olmaqdır.
Camal Quliyev fermerlərlə söhbətində bildirib ki, pambıqçılıq sahəsində yüksək məhsuldarlıq əldə etmək üçün əsas payız şumundan əvvəl torpağa fosfor və kalium gübrələrinin verilməsi, dondurma şumunun aparılması, zərərvericilərlə vaxtında mübarizənin aparılması vacibdir: “Mübarizə aparan zamanı eyniadlı pestisidlərdən ardıcıl olaraq istifadə etmək düzgün deyil, çünki zərərvericilərdə həmin preparatlara qarşı davamlılıq yaranır və təsir qüvvəsi zəifləyir. Sahələrin çoxunda normal bitki çıxışı alınıb ki, bu da əkin prosesi zamanı aqrotexniki tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlıdır. Bizim burda olmağımızın əsas səbəbi pambıq sahələrində aqrotexniki və bitki mühafizəsi tədbirlərinin vaxtında həyata keçirilməsini təmin etmək və bu sahədəki problemləri yerindəcə araşdırmaqdır. Əgər aqrotexniki qaydalara vaxtında düzgün əməl olunmasa, sahələrdə bitki seyrəkliyi və bitkinin zəif inkişaf etməsi baş verəcək ki, bu da sonda məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər”.
Qeyd edilib ki, hazırda havanın yağıntılı və sərin keçməsi pambıq sahələrəində mənənələrin çoxalmasına münbit şərait yaradıb: “Mütəxəssis və fermerlərimiz diqqətli olmalı, ehtiyac olan yerlərdə mənənələrə qarşı mübarizə tədbirlərini mütəşəkkil qaydada həyata keçirilməlidirlər.
Görüşdə fermerlər pambıq bitkilərinin becərilməsi zamanı qarşılaşdıqları problemləri dilə gətiriblər. Fermerlərin qarşılaşdıqlar problemlər yerindəcə müzakirə edilib və onlara problemlərin həlli ilə bağlı müvafiq tövsiyyələr verilib.
Görüşün sonunda iştirakçılara pambıq bitkisinin zərərvericilərdən müasir üsullarla mühafizə edilməsi ilə bağlı bukletlər paylanılıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024