Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları sentyabrın 26-da Moldava Respublikasının Kişinyov şəhərinə səfər ediblər.
Səfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (BMT FAO) təşkilatçılığı ilə “Avropada və Mərkəzi Asiyada pestisidlərin idarə olunması, milli və regional potensialın gücləndirilməsi” mövzusunda keçirilən seminarda iştirak etməkdir.
Seminar zamanı nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikasında pestisidlərin idarə olunması və tətbiq qaydalarına dair qanunvericilik aktlarının tətbiqi, pestisidlərin saxlanılması və istifadəsi zamanı insan sağlamlığına və ətraf mühitə dəyən ziyanın aradan qaldırılması, həmçinin pestisidlərdən istifadə zamanı qarşıya çıxan problemlərin həlli mövzularında çıxışlar ediblər.
Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov Azərbaycan Respublikasında pestisidlərin idarə olunması və tətbiq qaydalarına dair qanunvericilik aktlarının icrası ilə bağlı görülən işlərdən danışıb, eyni zamanda Stokholm və Bazel konvensiyaları tərəfindən qarşıya qoyulan məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib.
Daməd Sultanov yüksək toksiki tərkibə malik pestisidlərin tətbiqi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, o cümlədən istifadə olunan pestisidlərin taralalardan yığılıb utilizasiya olunması zamanı qarşıya çıxan problemlərin həlli yolları, pestisidlərdən istifadə zamanı risklərin azaldılması istiqamətində alternativ variantların tapılması yollarının müəyyən edilməsi ilə bağlı məruzə ilə çıxış edib.
Seminarda mövcud problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərin həlli səmərəliliyinin artırılması ilə bağlı FAO tərəfindən irəli sürülən təklifləri və tövsiyələr dinlənilib və qeyd olunan məsələlərlə bağlı müvafiq təkliflər səsləndirilib.
Seminarda Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Qazaxıstan, Tacikistan və Moldava respublikalarının kənd təsərrüfatı nazirliklərinin, eyni zamanda FAO-nun Ankara və Budapeşt ofislərinin nümayəndələri iştirak edirlər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026