Azərbaycan toxumçuluğun inkişafı sahəsində Türkiyənin təcrübəsinə böyük əhəmiyyət verir
Bu gün Bakıda Dövlət Toxum Fondu ilə Türkiyənin “TİGEM\" Aqrar Məsələlər Baş İdarəsi “Türkiyənin toxumçuluq təcrübəsi, toxum ticarəti və qanunvericiliyi” mövzusunda birgə praktik seminar keçirilib.
Seminarda çıxış edən Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, toxumçuluğun inkişafı sahəsində Türkiyənin təcrübəsi Azərbaycan üçün çox önəmlidir. Rəhbərlik etdiyi fondun başlıca məqsədlərindən birinin respublikada yerli toxum istehsalını inkişaf etdirmək olduğunu deyən Emin Əliyev qeyd edib ki, Azərbaycanda bu il 2, gələn il isə 3 toxum zavodu istifadəyə veriləcək.
Bu gün “TİGEM\" Aqrar Məsələlər Baş İdarəsi ilə imzalanacaq Niyyət Protokolu barədə də məlumat verən Dövlət Toxum Fondunun sədri toxumçuluq sahəsində Türkiyə təcrübəsindən faydalanmağın önəmindən söz açıb. Fondun sədri qeyd edib ki, “TİGEM\" Aqrar Məsələlər Baş İdarəsi ilə imzalanacaq Niyyət Protokolu qarşılıqlı ticarət imkanları, təcrübənin öyrənilməsi, treninqlərin keçirilməsi və maarifləndirmə sahələrini əhatə edir.
Azərbaycanın toxumçuluq sahəsində ciddi addımlar atdığını söyləyən “TİGEM\"in baş direktoru İsmayıl Şanlının sözlərinə görə, toxumçuluğun inkişafı ilə bağlı 90 illik təcrübəyə malik Türkiyənin qabaqcıl təcrübəsinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması bu istiqamətdə geniş perspektivlərə yol açacaq.
Seminarda toxum sertifikatlaşması, normativ və hüquqi aktlar, eləcə də Türkiyə təcrübəsi ilə bağlı məruzələr dinlənilib, Dövlət Toxum Fondunun təqdimatı keçirilib.
Seminarın sonunda Dövlət Toxum Fondu ilə Türkiyənin “TİGEM\" Aqrar Məsələlər Baş İdarəsi arasında Niyyət Protokolu imzalanıb.
Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub
18 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Butik Şərabçılıq Qrupunun ilk görüşü keçirilib
18 Sentyabr 2026
Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
18 Sentyabr 2026
“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub
18 Sentyabr 2026
Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
17 Sentyabr 2026