Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ETİ) toxum istehsalıçıları ilə əməkdaşlığı genişlənirir. Bu məqsədlə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev Azərbaycan Toxumçular Assosiasiyasının icraçı direktoru Ehtiram Nağıyev və “Agrotac” MMC-nin rəhbərliyi ilə görüşüb.
Ehtiram Nağıyev Əkinçilik ETİ ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. O, əməkdaşlıq imkanları və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.
Görüş çərçivəsində Faiq Xudayev institutun tədqiqat prioritetləri, fəaliyyət istiqamətləri, institutunun rayonlaşmış sortlarından bəhs edib, əkinçiliyin məhz sağlam toxumdan başlandığını vurgulayıb.
“Hər bir halda fermerlərin yanında olmağa, xidmətləri yaxşılaşdırmağa çalışırıq. Bunun üçün də fermerin bizdən nə istədiyini bilməliyik. Bu gün Kənd Təsərrüfatı Nazirliyi, Əkinçilik ETİ olaraq başlıca vəzifəmiz fermerləri məmnun edə biləçək xidmətlərin göstərilməsindən ibarətdir. Respublikanın torpaq-iqlim şəraitinə uyğun toxumların idxalı və yetişdirilməsi məsələsinə xüsusi diqqət yetirməliyik”, - deyə Faiq Xudayev əlavə edib.
Görüşdə bölgələrdə əkilən toxum sortlarının əsasında təhlil aparılması və fermerlərin yeni toxum sortlarına olan təlabat səviyyəsinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edilib.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026