Respublika ərazisində karantin rejimi ilə əlaqədar Aqrar Elm və İnnovasiya Mərkəzi yerli strukturları ilə məsafədən idarəetmə prosesini davam etdirir. Yaz-tarla işləri başladığına görə cari tapşırıqların icra vəziyyəti “WhatsApp” qrupları və videokonfranslar vasitəsi ilə müzakirə edilir. İndiyədək elmi-tədqiqat institutları, Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri ilə videokonfranslar keçirilərək qarşıda duran məsələlər geniş müzakirə edilib, konkret tapşırıqlar müəyyən olunub.
Növbəti videokonfrans Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ETİ) bölgələrdəki təcrübə stansiyaları, dayaq məntəqələri və yardımçı təsərrüfatlarının rəhbərləri ilə keçirilib. Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdovun rəhbərliyi ilə keçirilən videokonfransa direktor müavinləri Fərman Kərimov, Samir Süleymanov, Əkbər Abbasov məsafədən qoşulublar. Əkinçilik ETİ-nin direktoru Faiq Xudayev institutun illik elmi və təsərrüfat hesabatı ilə çıxış edib. Tərtər, Qobustan, Cəlilabad, Zaqatala bölgə təcrübə stansiyalarınını rəhbərləri, Şəki və Gədəbəydə yerləşən dayaq məntəqlərinin rəhbərləri, Kürdəmir Təcrübə Sınaq Stansiyasının rəhbəri, Abşeron və Ağstafada yerəşən yardımçı təcrübə təsərrüfatlarının rəhbərləri payızlıq əkinlərə qulluq və yazlıq əkinlərin gedişi ilə bağlı məruzə ediblər. Çıxış edənlər karantin günlərində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat veriblər.
Videokonfransda yaz-tarla işlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun təşkil olunması, fermerlər üçün məsafədən maarifləndirmə təlimlərinin daha da gücləndirilməsi, payızlıq əkinlərdə vegetasiya mərhələsinin təhlili və digər cari məsələlərlə bağlı tapşırıqlar verilib, iş rejiminin fasiləsiz təmin olunması vəzifə kimi müəyyən olunub.
Videokonfransda bölgələrdə yaşayan fermerlər arasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanaraq onlarla karantin rejiminin tələblərini pozmadan məsafədən ünsiyyətin gücləndirilməsi, məsləhət-informasiya xidmətinin daha da genişləndirilməsi tapşırılıb.
Nazir Məcnun Məmmədov Qarabağda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 May 2026
Nazir Məcnun Məmmədov Şuşada vətəndaşlarla görüşüb
15 May 2026
Fiziki və hüquqi şəxslərə məxsus istehsal və saxlama yerlərində fumiqasiya tədbirləri davam etdirilir
15 May 2026
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
15 May 2026
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb
15 May 2026