Sentyabrın 18-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 335 230 nəfərə çatıb.
EKTİS-də ən çox Sabirabad, Xaçmaz, Bərdə, Şəki, Cəlilabad, Tovuz, Saatlı, İmişli və Ağcabədi rayonlarında yaşayan fermerlər qeydiyyatdan keçiblər.
Sabirabadda 15781, Xaçmazda 12812, Bərdədə 12511, Şəkidə 11601, Cəlilabadda 11534, Tovuzda 10968, Saatlıda 10911, İmişlidə 10372, Ağcabədidə 10232 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil ediblər.
Ümumilikdə 245585 fermer torpaq mülkiyyətini təsdiq edən Dövlət Aktı və şəhadətnamə, 69519 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 8265 fermer icarə sənədi, 1353 fermer torpaq sahəsinin planı, 711 fermer etibarnamə, 399 fermer vərəsəlik şəhadətnaməsi əsasında sistemdə qeydiyyatdan keçib. Qalan fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetə ilkin mərhələdə tələb olunan digər sənədləri əlavə ediblər.
EKTİS-də şəxsi kabinet yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə informasiya məsləhət xidməti göstərirlər. Azərbaycanın müxtəlif bölgələrində bu prosesə cəlb olunan DAİM əməkdaşları və könüllülərə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən təlimlər keçirilib.
EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlər DAİM-lərə və ASAN Xidmət Mərkəzlərində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq EKTİS-in tətbiqi ilə bağlı məsləhət ala bilərlər.
2020-ci ildən Azərbaycanda yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar bölgələrdə fermerlərə yeni təlimlərin keçirilməsinə start verilib. Təlimlərdə fermerlərə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat prosedurunu, məlumatların daxil edilmə ardıcıllığı barədə məlumatlar verilir.
Qeyd edək ki, gələn ildən etibarən fermerlərə aqrar subsidiyalar EKTİS üzərindən veriləcək.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024