Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) aqrar sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qeydiyyatına start verilib. EKTİS-də 149 hüquqi şəxsin qeydiyyatdan keçəcəyi gözlənilir. Hüquqi şəxslərin öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil etməsi bir ay ərzində yekunlaşacaq.
Qeyd edək ki, iyulun 17-dək 313377 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Ümumilikdə 313792 təsərrüfat yeni sistemdə qeydiyyata alınıb. 228366 fermer elektron sistemdə Dövlət Aktı / şəhadətnamə, 63914 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 7279 fermer icarə sənədi, 3278 fermer etibarnamə, 703 fermer vərəsəlik şəhadətnaməsi, 378 fermer arayış, 59 fermer torpaq sahələrinin plan və ölçü sənədi əsasında EKTİS-də qeydiyyatdan keçiblər. Digər fermerlər isə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən digər sənədlər əsasında öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər.
Bugünədək EKTİS-də ən çox Sabirabad (15744), Xaçmaz (12569), Cəlilabad (11385) Bərdə (11187), Şəki (10447), İmişli (10306) və Saatlı (10217) fermerləri qeydiyyatdan keçib.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində fiziki və hüquqi şəxslərin qeydiyyatının optimal müddətdə başa çatdırılması planlaşdırılır.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026