Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş fermerlərin sayı 300 min nəfəri ötüb. İyunun 19-na olan məlumata görə, 300359 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər.
Fermerlərdən 218147 nəfər EKTİS-də öz aqrar fəaliyyətlərini torpaq mülkiyyəti haqqında Dövlət Aktı/Şəhadətnamə əsasında rəsmiləşdiriblər. 61044 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 6349 fermer icarə sənədi, 3126 fermer etibarnamə, 638 fermer vərəsəlik şəhadətnaməsi, 320 fermer arayış, qalan fermerlər isə digər müvafiq sənədlər əsasında EKTİS-də qeydiyyatdan keçiblər.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşən fermerlərin sayına görə Sabirabad rayonu ilk yeri tutur. Bu rayon üzrə subsidiya alan fermerlərin 95 faizi, yaxud 15560 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Xaçmazda 12348, Cəlilabadda 11229, Şəkidə 10285, Bərdədə 10105, İmişlidə 9652, Saatlıda 9284, Qubada 8864 fermer EKTİS-də qeydiyyat prosedurunu tamamlayıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026