BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) AR Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Dövlət Agentliyi ilə birgə qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısını təşkil edib.
Tədbirin əsas məqsədi qoyunçuluğun dəyər zənciri iştirakçılarını fəal şəkildə cəlb etməklə, qoyunçuluq və emal olunmuş qoyun məhsulları (ət, dəri və yun daxil olmaqla) alt-sektorunun cari vəziyyətini, mövcud olan və yarana biləcək çətinlikləri öyrənmək, bu alt-sektorun əhalinin iş yerləri, gəlir, ətraf mühit, sosial mənfəətlər və digər mühüm iqtisadi fəaliyyətlərə verə biləcəyi faydaların araşdırması idi.
Toplantıda Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, digər dövlət müəssisələr, assosiyasıyalar, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri, fermerlər, həmçinin FAO-nun beynəlxalq mütəxəssislər iştirak edib.
Qeyd edək ki, iclas Azərbaycan höküməti tərəfindən maliyyələşdirilən və FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 2018-ci ilin dekabr ayından icra olunan "Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması” layihəsi çərçivəsində təşkil olunmuşdur. Layihə çoxaltma və yemləmə strategiyalarının hazırlanması, heyvan sağlamlığı və transsərhəd xəstəliklərin idarəsi sahəsində mövcud olan çətinlikləri həll etmək, məhsulun bazar tələbatına əsasən hazırlanmasını təmin etmək üçün qoyunçuluq üzrə dəyər zəncirinin fəaliyyətini dayanıqlı şəkildə inkişaf etdirmək məqsədini daşıyır.
Contact info:
İlahə Məmmədova
Kommunikasiya üzrə mütəxəssis
BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi
Tel: (+994) 12 563 56 28 (daxili nömrə 106)






Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026