Azərbaycan Dövlət Aqrar Universitetində bakalavriat səviyyəsinin tələbələri üçün keçirilən “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbində növbəti mühazirə “FAO və aqrar sahənin innovativ inkişafı ” mövzusunda olub.
Mühazirə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak tərəfindən aparılıb. M.Çakmak BMT-nin ixtisaslaşmış təşkilatlarından biri kimi, FAO-nun strukturu, fəaliyyət sahələri, strateji məqsədləri, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu, həyata keçirilən proqramlar və layihələr, Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən yerinə yetirilmiş işlər və digər məsələlər barədə danışıb.
Sonda geniş diskusiya aparılıb, tələbələrin sualları cavablandırıb.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026