Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
“Mən üzüm tinglərinin istehsalı ilə məşğulam. Şəxsi təcrübəm göstərir ki, tingçilikdə elmi texnologiyalara əməl edib, öz kökü üstündə becərilən üzümlərə daha çox üstünlük vermək lazımdır”. Bu fikirlərin müəllifi Şamaxı rayonundakı kəndli fermer təsərrüfatının rəhbəri Qurbanəli Balaşovdur.
Fermer deyir ki, bu gün calaqla becərilən tinglərin ömrü az olur: “Öz kükü üstündə boy atan tinglərdən salınmış üzüm bağları 80-100 il məhsul verə bilir. Mənim 9 hektar sahədə bu üsulla saldığım üzüm bağının hər hektarından 40 ton məhsul toplayırıq. Hazırda yarım hektar ərazini ting yetişdirmək məqsədilə istifadə edirəm. Burada “Viktoriya”, “Ağ kişmiş”, “Qara kişmiş”, “Moldova”, “Prima”, “Mədrəsə” və “Təbrizi” üzüm tinglərini artırıram. Hər bir ting elə bil körpə uşaqdır. Onu vaxtında yedizdirmək, gübrəsiuni, suyunu verib xəstəlik və zərərvericilərdən qorumalısan”.
Qurbanəli Balaşovun sözlərinə görə, yaxşı becərilən və bütün aqrotexniki qaydalara əməl edilən üzüm təsərrüfatlarında ciddi xəstəliklər ola bilməz: “Yaxşı məhsul götürmək üçün üzümə qaydasında qulluq etmək lazımdır. Bu zaman üzümün xəstəliklərə yoluxması ehtimalı azalır. Üzümçülük çox sərfəli sahədir, üzüm bağı salmaq istəyənlərə tövsiyə edərdim ki, tingləri sertifikatı olan təsərrüfatlardan alsınlar. Bu, daha məqsədəuyğun olardı”.
Fermer üzümün insan orqanizmi üçün çox xeyirli olduğunu deyir: “Loğmanların belə bir sözü var: “Mövsümündə 5 kiloqram üzüm yemək kifayətdir ki, insan bütün ili sağlam olsun”. Üzümün tərkibində insan orqanimi üçün çox xeyirli maddələr var”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026