Fermerlər 2020-ci ildə ödənilmiş subsidiya vəsaitlərinin “Fermer Kartı”nda qalmış hissəsindən gələn il də istifadə edə biləcəklər. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib ki, fermerlərin kartdakı qalıq vəsaitdən gələn il istifadə edə bilməsi üçün “Fermer kartı” aktiv olmalıdır. Əgər fermer öz adına açılmış “Fermer Kartı”nı bankdan götürüb və aktivləşdiribsə, kartda qalmış vəsaitdən gələn il də istifadə edə biləcək. Fermer kartı bankdan götürməyibsə, yaxud da götürüb, aktivləşdirməyibsə, kartdakı vəsait silinəcək. Bu səbəbdən AKİA fermerlərə müraciət edərək adlarına açılmış “Fermer kartı”nı bankdan götürərək aktivləşdirməyə çağırır.
Qeyd edək ki, 2020-ci ilin yanvarından etibarən fermerlər subsidiya üçün müraciəti Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən onlayn qaydada edir və subsidiyalar onların “Fermer Kartı”na köçürülür. Yeni qaydaya görə, fermerlərə ödənilən əkin subsidiyasının yalnız 25 faizi nağdlaşdırıla bilir, qalan 75 faizindən isə fermer təchizatçılara verilmiş POS-terminallar vasitəsilə ödəniş edərək, əkin üçün lazım olan toxum, ting, gübrə və pestisidlər alırlar.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026