Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tövsiyəsi ilə fermerlər üçün ilk dəfə olaraq əkin kalkulyatoru istifadəyə verilib.
Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov bildirib ki, kalkulyatorun istifadəyə verilməsində əsas məqsəd fermerləri əkin xərcləri və gəlirləri barədə daha ətraflı məlumatlandırmaqdır. Artıq fermerlər və aqrar sahədə çalışanlar Dövlət Toxum Fondunun saytı üzərindən kalkulyatordan istifadə etməklə əkin sahələrinin rentabelliyini özləri müstəqil olaraq hesablaya biləcəklər. (https://dtf.gov.az/farmer-calculator )
Əkin kalkulyatorundan istifadə üsulu isə çox sadədir. İstənilən şəxs kalkulyatora fəaliyyət göstərdiyi rayonu, toxumun sortunu və reproduksiyasını, həmçinin əkin sahəsini daxil etməklə əldə edəcəyi məhsulun həcmini, əkinə çəkiləcək xərcləri və gəliri asanlıqla hesablaya bilər.
Hazırda payızlıq buğda və arpa bitkiləri üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator üzərindən hesablamaq mümkündür. Növbəti mərhələlərdə tərəvəz və digər bitkilər üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator vasitəsilə hesablamaq mümkün olacaq.
Respublikada taxıl biçininə hazırlıq işləri tam başa çatıb
05 Iyun 2023
Azərbaycan Aqroturizm Assosiasiyası yaradılıb
02 Iyun 2023
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir
02 Iyun 2023
“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı mexanizatorlarla görüşləri uğurla yekunlaşdırıb
01 Iyun 2023
Aqrar Sığorta Fondu: Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək
01 Iyun 2023