Salyan rayonunun Xalac kəndində "Yay şumunun əhəmiyyəti, təkrar əkinlərin üstünlükləri və növbəli əkinçilik sisteminin tətbiqi” mövzusunda tarla şəraitində təlim keçirilib. Fermer Lütfəli Ağayevə məxsus torpaq sahəsində keçirilən təlimdə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin Salyan Regional Təlim Mərkəzi, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri və fermerlər iştirak ediblər.
Təlimçilər qeyd ediblər ki, taxıl biçini başa çatan kimi növbəti mövsüm və təkrar əkinlər üçün sahə hazırlıqlarına başlanılmalıdır. Mütəxəssislər fermerlərə növbəli əkinçilik sisteminin tələblərinə uyğun qısa rotasiyalı növbəli əkinlər tətbiq etməklə təkrar əkinlərə üstünlük verməyi tövsiyə edir. Tədbirdə qeyd olunub ki, ən vacib aqrotexniki tədbirlər, xüsusilə də yay şumunun keyfiyyətli aparılması növbəti təsərrüfat ilində məhsuldarlığın artırılması üçün əsas amillərdən sayılır.
Torpaqda nəmliyin qorunub saxlanması, sahədə mövcud olan xəstəlik və zərərvericilərə qarşı mübarizənin, gəmiricilərin inkişaf dinamikasının və sahədə olan alaq otlarının geniş yayılmasının qarşısının alınması üçün yay şumunun aparılması mütləqdir.
Təlimin sonunda fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.
Nazir İnam Kərimov Saatlıda vətəndaşları qəbul edəcək
06 Fevral 2023
Gənclər Günü münasibətilə əmək fəaliyyətində fərqlənən gənc əməkdaşlara Fəxri Fərman verilib
03 Fevral 2023
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat və dama turniri keçirilib
03 Fevral 2023
Kənd Təsərrüfatı Nazirliyi “Ayın Fermeri” müsabiqəsini elan edir
03 Fevral 2023
Bakıda II Aqrobiznesin İnkişafı Forumu keçirilib
01 Fevral 2023