"Subsidiyaların elektron hökumət üzərindən verilməsinə hazırlıq işləri başa çatmaq üzrədir. Artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlər payızlıq əkinləri bəyan etməyə başlayıblar. Bu, aqrar xidmətlərin elektronlaşdırılması prosesində son dərəcə mühüm bir mərhələdir. Fermerlərin gələn il alacağı subsidiyanın miqdarı bəyan edilən əkin növündən asılı olacaq".
Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Saatlıda rayon ictimaiyyətinin nümayəndələri və fermerlərlə görüşdə deyib.
Nazir müavini bildirib ki, Aqrar Subsidiya Şurası əkin, məhsul və toxum subsidiyası üzrə əmsalları artıq açıqlayıb: "Əmsallar bitki növlərinə görə fərqlənir, buna görə də fermerin nə əkdiyini EKTİS-də bəyan etməsi vacib sayılır. Fermerlər artıq subsidiya almaq üçün sənəd toplamalı olmayacaqlar, subsidiya almaq üçün EKTİS üzərindən elektron müraciət edəcəklər. Bu, subsidiyaların verilməsində vaxt itkisini aradan qaldırmış olur. Yeni sistemin üstünlüyü ondadır ki, fermerlər EKTİS-də bir dəfə qeydiyyatdan keçir, hər il qeydiyyatdan keçməyə ehtiyac qalmır. Onlar hər il yalnız birillik, yaxud çoxillik əkmələri bəyan etməklə subsidiya almaq hüququndan yararlanacaqlar".
İlham Quliyev payızlıq əkinlərin bəyan edilməsi prosesinin davam etdiyini deyib: "Artıq 115 mindən çox fermer payızlıq əkinlərini bəyan ediblər. Bu rəqəm hər gün artır. Biz rayonlarda silsilə görüşlər keçirik, fermerlər EKTİS-lə bağlı təlimlərə cəlb olunur, səyyar qruplarımız kəndlərə ezam olunaraq, fermerlərə yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı informasiya-məsləhət xidməti göstərirlər. Hesab edirik ki, payızlıq əkinlərin bəyan edilməsi prosesi optimal müddətdə başa çatacaq".
Görüşdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri fermerlərin EKTİS-lə bağlı çoxsaylı suallarını cavablandırıblar.
Sabah Kənd Təsərrüfatı Nazirliyinin rəhbər heyəti Ucar, Göyçay və Ağdaş, dekabrın 5-də isə Zərdab, Ağcabədi, Bərdə və Yevlax rayonlarında EKTİS-in tətbiqi ilə bağlı məlumatlandırma işləri həyata keçirəcəklər.
Göygöl rayonunda “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və rəsmi inkişaf yardım tərəfdaşlıq forumu” keçirilib
11 Oktyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Gürcüstanda beynəlxalq seminarda iştirak edib
11 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Bərdədə vətəndaşları qəbul edəcək
10 Oktyabr 2024
Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq toxum sərgi–satış yarmarkası keçirilib
09 Oktyabr 2024
“Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
09 Oktyabr 2024