Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti ötən həftədən etibarən “Fermerlərin maarifləndirilməsi” layihəsinə start verib. Layihə çərçivəsində Xaçmaz, Lənkəran, Şəki və Gəncədə təlimlər həyata keçirilib.
Təlimlərdə əsas müzakirə mövzuları maliyyə savadlılığı, qlobal GAP, məhsulların sertifikatlaşdırılması, yeni bazarlara çıxış imkanları, məhsulların satışında marketinqin və brendləşdirmənin önəmi, aqrar biznesdə qadın sahibkarlığın önəmi, “Yaşıl dəhliz” buraxılış sistemi və sadələşdirilmiş ixrac prosedurlarına həsr olunub.
Müxtəlif dövlət və özəl qurumlardan dəvət edilən mütəxəssislər tərəfindən təlim iştirakçılarına qeyd edilən mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb. Eyni zamanda, ekspertlər tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində martın 14-15-də Qax, 27-28-də isə Tovuz rayonlarında təlimlər keçiriləcək.
Bu mövzularda maarifləndirici təlimlərin mütəmadi olaraq digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulur.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026