Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun "Fındıq bitkisi" və "Şərq xurması" adlı yeni kitabları nəşr edilib.
"Fındıq bitkisi" kitabında fındıq bağının salınması, əkin sistemləri, sortların seçilməsi, formavermə və budama, eləcə də fındıq bağının gübrələnməsi, xəstəlikləri və zərərvericiləri haqqında məlumatlar yer alıb.
"Şərq xurması" kitabında isə bu bitkinin botaniki və bioloji xarakteristikası, Şərq xurması tingliyinin təşkili, calaq üçün qələmlərin seçilməsi və tədarükü, Şərq xurması bağının salınması, xəstəlikləri və zərərvericiləri haqqında bəhs olunur.
Hər iki kitab fermer, sahibkarlar və həvəskar bağbanlar üçün nəzərdə tutulub.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026