Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası (AFİİA) arasında fındıqçılıq sahəsində məhsuldarlığın artırılması mövzusunda onlayn görüş keçirilib.
Onlayn görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, Kənd Təsərrüfatı Nazirliyin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Tofiq Rzayev, Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Azad İbrahimov, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, eləcə də fındıq istehsalı ilə məşğul olan fermerlər iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, fermerlərə yaradılan əlverişli şərait barədə məlumat verib. Qərzəkli meyvə istehsalının inkişafının daim diqqətdə saxlanıldığını deyən şöbə müdiri bildirib ki, nazirlik aqrar sektorun inkişafı, fındıqçılıq sahəsində məhsuldarlığın artırılması istiqamətində assosiasiyanın fəaliyyətini dəstəkləyir.
Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AFİİA) sədri İsmayıl Orucov qeyd edib ki, hazırda fındıq istehsalçılarının qarşısında duran əsas vəzifə fındıqçılığın inkişafını yeni mərhələyə qaldırmaq, fındıq məhsullarını yeni bazarlara çıxarmaq, yeni texnologiyalardan istifadə etməklə məhsuldarlığın artırılmasına nail olmaqdır.
Kənd Təsərrüfatı Nazirliyin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Tofiq Rzayev fındıq istehsalçılarını Kənd Təsərrüfatı Nazirliyin elmi-tədqiqat institutları ilə əməkdaşlıq etməyə və informasiya-məsləhət xidmətlərindən mütəmadi yararlanmağa çağırıb.
Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Azad İbrahimov fındıq bağlarında kompleks aqrotexniki tədbirləri vaxtında və düzgün tətbiq etməklə daha yüksək məhsuldarlığın əldə edildiyini vurğulayıb.
Onlayn görüşdə assosiasiya üzvləri tərəfindən səsləndirilən təkliflər qeydiyyata alınıb və fındıq istehsalçılarına müvafiq tövsiyələr verilib.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026