Fransanın aqrar sahədə fəaliyyət göstərən şirkətləri və həmin şirkətləri özündə birləşdirən ADEPTA təşkilatı sözügedən təşkilatın prezidenti xanım Reyçelin Levi-nin başçılığı altında Azərbaycanda səfərdədir.
Bu gün Aqrar Tədqiqatlar Mərkəzində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə Kənd Təsərrüfatı Nazirliyinin bir sıra tabeli qurumlarının nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov, Aqrar Xidmətlər Agentliyinin sektor müdiri Bəhlul Salmanov və Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova təqdimatla çıxış edib.
Natiqlər təmsil etdikləri qurumların fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələrlə bağlı təqdimat edib, qonaqları maraqlandıran sualları cavablandırıblar.
Müzakirələr zamanı ölkələrimiz arasında ticarət əlaqələri və aqrar sahədə əməkdaşlığın perspektivləri, ölkəmizdən Fransaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin artırılması üçün belə görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Daha sonra qonaqlar Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” layihəsi çərçivəsində fəaliyyət göstərən eyniadlı satış mərkəzində olub, burada yaradılan şəraitlə tanış olublar.
Satış mərkəzi ilə tanış olan qonaqlar üçün yerli fermer və qida istehsalçılarının məhsullarının dequstasiyası da təşkil olunub.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026