Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi önəm verilir və bu sektorda əməkdaşlıq üçün münbit şərait yaradılıb.
Fransada işgüzar səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bu ölkənin Overny-Ron-Alp regionunun prefekti Paskal Melo ilə görüşündə söyləyib.
P.Melo Overny-Ron-Alp regionunun kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. O, bu sahədə ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
İnam Kərimov, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr erməni qoşunlarının torpaqlarımızdan tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bu münaqişə regionun inkişafına böyük maneə yaradır.
Nazir qeyd edib ki, Fransa münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir və vasitəçi ölkə kimi neytral olmalıdır. “Təəssüf olsun ki, Fransanın bəzi yerli ərazi kollektivləri işğal altında olan Azərbaycan rayonlarına qeyri-qanuni səfərlər təşkil edir və onlarla dostluq xartiyaları imzalayırlar. Bu, həm beynəlxalq hüququn, həm də Fransanın özünün qanunlarına ziddir. İnanırıq ki, prefektura səviyyəsində bu məsələyə ciddi baxılacaq və belə qeyri-qanuni səfərlər ləğv ediləcək”, - deyə İ.Kərimov vurğulayıb.
Nazir iki ölkə arasında siyasi əlaqələrdən də söz açaraq, dostluq münasibətlərinin və tərəfdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.
Prefekt P.Melo Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərini xatırladaraq, səfər çərçivəsində Emmanuel Makronun Fransanın mövqeyini aydın şəkildə bildirdiyini və bu mövqeyin dəyişmədiyini qeyd edib.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026