Füzuli rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir. Qeyd olunan tədbirlər və təlimlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Füzuli Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.
Həmçinin rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
İdarə rayonda saxlanılan 35300 baş iribuynuzlu, 135000 baş xırdabuynuzlu, , 2200 baş sahibli itə, 1400 baş təkdırnaqlı heyvana və 544100 baş ev quşlarına baytarlıq xidməti göstərir.
Cari ilin müvafiq dövrü ərzində 34850 baş iribuynuzlu, 1369 baş təkdırnaqlı heyvanda qarayara, 34664 baş iribuynuzlu və 99440 baş xırdabuynuzlu heyvanda dabaq, 34311 baş iribuynuzlu heyvanlarda nodulyar dermatit, 1452 baş xırdabuynuzlu heyvanda bruselyoz (Rev-1 vaksini) xəstəliklərinə qarşı peyvənd aparılıb. Bundan başqa cari ilin müvafiq dövrü ərzində 2123 baş sahibli itdə quduzluq, 2429 baş iribuynuzlu heyvanlarda leptospiroz xəstəliyinə qarşı, 137080 baş (“H” ştammı ilə) quş və 431310 baş cücədə (“La-sota“ ştammı ilə) nyukasl xəstəliyinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə əməl olunaraq həyata keçirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 1463 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda vərəmə qarşı 287 baş iribuynuzlu heyvanda allergik müayinə aparılıb.
May ayında iri və xırdabuynuzlu heyvanlarda dabaq (A,O tiplərinə qarşı), xırdabuynuzlu heyvanlarda çiçək, quşlarda nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinə başlanılıb. May ayının sonuna kimi qeyd edilən xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub. Sonrakı aylarda iri və xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılacaq. Eyni zamanda iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), qoçlarda brusellyoz və epididemitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024