Cari ilin ilk günlərindən başlayaraq bütün ölkə ərazisində olduğu kimi, Gədəbəy rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, cari ilin tədbirləri başlayandan indiyə kimi 18 sahə baytarlıq məntəqəsi vasitəsilə Gədəbəy rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında 41690 baş iribuynuzlu, 1934 baş təkdırnaqlı heyvanda qarayara, 2644 baş sahibli itdə quduzluq, 7888 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliklərinə qarşı profilaktik peyvəndləmə, 1666 kvadratmetr sahədə profilaktik dezinfeksiya və 300 kvadratmetr sahədə dezinseksiya işləri görülüb. Eləcə də aparılan tədbirlər çərçivəsində Gədəbəy rayonunun aran bölgəsində qışlayan iribuynuzlu heyvanlar arasında iti yoluxucu nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb. Hazırda 7888 baş iribuynuzlu heyvanda bu tədbir icra olunub.
Həmçinin 3994 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunəsi götürülüb.
Fevral ayının 10-dan isə Gədəbəy rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 8992 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.
Ümumiyyətlə, 1 yanvar 2019-cu il tarixinə olan məlumata görə, Gədəbəy rayonunun 1 şəhər və 108 kəndində 45233 baş iribuynuzlu, 233313 baş xırdabuynuzlu, 1500 baş at, 4000 baş it, 206736 baş ev quşu və 11546 arı ailəsi mövcuddur.
Gədəbəy rayonunda bundan sonra isə ev quşlarında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlarda bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulub.
Tədbirlər çərçivəsində həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024