Gəncə şəhərində və şəhərətrafı ərazidə “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir. Qeyd olunan tədbirlər və təlimlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Gəncə Şəhər Baytarlıq İdarəsi tərəfindən aparılır.
Cari ilin müvafiq dövrü ərzində idarə tərəfindən şəhər və şəhərətrafı ərazidə saxlanılan 1300 baş iribuynuzlu, 1700 baş xırdabuynuzlu heyvanda qarayara, 1300 baş iribuynuzlu və 1700 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliklərinə qarşı peyvənd aparılıb. Bundan başqa cari ilin müvafiq dövrü ərzində 570 baş iribuynuzlu heyvanlarda leptospiroz, 1700 baş xırdabuynuzlu heyvanda çiçək, 5900 baş (“H” ştammı ilə) quş və 14600 baş cücədə (“La-sota“ ştammı ilə) nyukasl, 476 baş itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib. Mart ayının ilk günlərindən isə Gəncə Şəhər Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 1306 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Şəhər və şəhərətrafı ərazidə saxlanılan heyvanlar və quşlar arasında bundan sonra da epizootik tədbirlər planına uyğun profilaktik peyvəndləmə, dezinfeksiya və digər tədbirlərin aparılması nəzərdə tutulub.
Həmçinin şəhər və şəhərətrafı ərazidə aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına - baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillər nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

AKİA sədri Yalçın Camalov Tovuzda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
06 Fevral 2026
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçilərinə müraciət edib
06 Fevral 2026
Ölkə üzrə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb
04 Fevral 2026
Nazir Məcnun Məmmədov Türkiyənin Alagöz Holdinq Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Cantürk Alagözlə görüşüb
04 Fevral 2026
2025-ci ildə Azərbaycanda 400 min hektara yaxın əkin sahəsi sığortalanıb
04 Fevral 2026