Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlayıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Fermer təsərrüfatlarının azot gübrəsi ilə təmin olunması məqsədi ilə ilk belə səyyar satışlar Şəki və Oğuz rayonlarında təşkil edilib. Səyyar satışlar uzaq məsafədə yerləşən digər kəndlərdə də davam etdirilir. Martın 1-də növbəti səyyar satış Göyçay rayonun Qarabaqqal kəndində, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası qarşısında keçiriləcək. Bu kəndə yaxın Qaraməryəm, Bığır, Qaraman, Ləkçıplaq, Hacalı, Qarayazı, Cəyirli kəndlərinin sakinləri də səyyar satışdan yararlana biləcəklər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Göyçay rayonu üzrə +99450 381 73 38 (Elçin İsmayılov Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026