Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru dosent Mahir Hacıyev və institutun İnformasiya təminatı və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Dünyamaliyev Türkiyənin Qars vilayətində yerləşən Qars Qafqaz Universitetinə səfər ediblər. 11 iyul 1992-ci ildə təsis edilən, müasir infrastruktura malik Qars Qafqaz Universitetinin 5 kampusu, 11 fakültə, 9 peşə məktəbi, 1 dövlət konservatoriyası, 3 institut, 18 tədqiqat mərkəzi var. Universitetdə 20 000 tələbə təhsil alır. Tədris prosesinə 45 akademik, 872 müəllim cəlb olunub. Ali təhsil müəssisəsinin tədris prosesində yerli və əcnəbi proseffor-müəllim heyəti iştirak edir.
Səfər çərçivəsində qonaqlar Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsi, universitetdə fəaliyyət göstərən laboratoriyalar, heyvan xəstəxanası, yardımçı təcrübə təsərrüfatında yerləşən iri və xırdabuynuzlu heyvandarlıq fermaları, süd istehsalı mərkəzi ilə tanış olublar. Bildirilib ki, fermer və sahibkarlar universitetdə fəaliyyət göstərən laboratoriyaların xidmətlərindən istifadə edir.
Eyni zamanda, Mahir Hacıyev və Fərid Dünyamaliyev Qars Qafqaz Universitetinin heyvan saglamlığı üzrə mütəxəssisi, professor Mete Cihan, qoyunlarda süni mayalanma mütəxəssisi, professor Yavuz Öztürk və Cihan Kaçarla görüşüb. Görüşdə Azərbaycanda kənd təsərrüfatının, xüsusilə də heyvandarlığın mövcud vəziyyəti və gələcək perespektivləri müzakirə olunub. Gələcəkdə Azərbaycan və Türkiyəli mütəxəssislərin birgə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində qonaqlar Qars vilayətində heyvandarlıqla məşğul olan bir neçə fermer təsərrüfatları ilə tanış olublar. Burada saxlanılan heyvanların bəslənmə şəraiti barədə geniş məlumat verilib. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun (HETİ) direktoru dosent Mahir Hacıyev təsərrüfat rəhbərliyinə heyvanların saxlanma şəraiti, xəstəliklərə qarşı mübarizə tədbirləri barədə Azərbaycan təcrübəsindən bəhs edib.
Daha sonra Qars Qafqaz Universiteti və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında elmi-texniki anlaşma memorandumu imzalanıb. Memorandumu Universitetin rektoru, professor Hüsnü Kapu və HETİ-nin direktoru dosent Mahir Hacıyev imzalayıb. Müqaviləyə əsasən, fermer tədris proqramı, iri və xırdabuynuzlu heyvandarlıqda reproduktor və məhsuldarlıq proqramlarının idarə edilməsi, embrion transferi, maldarlıqda sürü dövriyyəsi proqramları və s. sahələrdə birgə elmi araşdırmalar aparılacaq.
Eyni zamanda, laborant və texniki heyətin hazırlığı üçün kurslar təşkil olunacaq. Həmçinin, əldə olunmuş razılığa əsasən mütəxəssislərin mübadiləsi, magistr və doktorantura pilləsində təhsillə bağlı Qars Qafqaz Universitetində xüsusi kvotanın ayrılması nəzərdə tutulur.
Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu iki ölkə arasında elmi-texniki əməkdaşlıq barədə danışıb: “Azərbaycan və Türkiyə əzəldən dost və qardaş ölkədir. İki ölkə alimlərinin birgə çalışması, innovasiyaların tətbiqi, birgə elmi tədqiqatların aparılması gələcəkdə öz müsbət nəticəsini göstərəcək”.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru dosent Mahir Hacıyev isə öz növbəsində Türkiyə Qars Qafqaz Universiteti ilə əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edib ki, son illər dövlət tərəfindən həyata keçirilən çoxşaxəli tədbirlər kənd təsərrüfatı sahəsinin, o cümlədən heyvandarlığın davamlı inkişafı və ölkə əhalisinin heyvandarlıq məhsulları ilə etibarlı təminatının gücləndirilməsinə töhfə verir: “Azərbaycanda aqrar sahənin inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir, heyvandarlıq, arıçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir”.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024