Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, heyvanlar arasında baş verən parazitar xəstəliklərdən biri də fassilyozdur. Fassiolyoz xəstəliyi heyvanların qaraciyərində parazitlik edən sorucu qurdlar-fassiolalar törədir. El arasında bu xəstəliyə qaraciyər qurdu, bəzən kəpənək xəstəliyi də deyirlər.
Bu xəstəlik respublikanın bütün zonalarında aran və dağətəyi ərazilərində yayılıb.
Qeyd edək ki, fassiolyoz iti və xroniki formada getməklə heyvanın tələfatına gətirib çıxarır.
Fassiolyoz Azərbaycanda qaramal, camış, zebu, qoyun və keçilər arasında geniş yayılmış başlıca helmintozdur.
Heyvanlarda əsasən xəstəliyi nəhəng fassiolanın cavan formaları törədirlər. Qoyunlarda iti formalı fassiolyozun kliniki əlamətləri adətən yoluxmanın 60-90-cı günlərində daha aydın görünür. Xəstə heyvan qısa müddətdə halsızlaşır, yemdən qalır, selikli qişaları solğunlaşır, bədən hərarəti 1-1,5 oC artır, heyvan tez-tez su içir, qarın nahiyəsi həcmcə böyüyür. Qarın boşluğuna qanlı maye toplandığına görə nəfəsalma çətinləşir, təngnəfəslik baş verir. Ona görə də heyvan qabaq ayaqlarını aralı qoymaqla döş nahiyəsini yuxarı tutmağa çalışır. Bəzi hallarda heç bir kliniki əlamət görünmədən qaraciyərin zədələnməsi və qanaxmadan xəstə heyvanlar qəflətən ölür.
Otlaqda yoluxmanın qarşısını almaq məqsədilə heyvanlar şirin su ilbizləri yaşadığı su arxları, durğun su hövzələri ətrafında, bataqlıq sahələrdə otarılmamalıdır. İlbizlərin miqdarını azaltmaq üçün bataqlıq sahələri, şirin suyu olan durğun su hövzələri qurudulmalı, lazımsız su arxları ləğv edilməli, suvarma kanallarından suyun sızmasının, artezian quyularından suyun örüşlərə başlı-başına (səmərəsiz) buraxılmasının qarşısı alınmalıdır.
Qeyri-sağlam təsərrüfatlarda profilaktiki dərmanlama aşağıdakı vaxtlarda aparılmalıdır:
Qoyunları yaylaqda köçürülməyən və daimi fassiolyoza görə qeyri-sağlam qışlaqlarda saxlanılan təsərrüfatlarda ildə 2-3 dəfə 1-1,5 ay fasilə ilə sentyabr-noyabr-yanvarda dərmanlamalar aparılmalıdır. Fassiolyoza qarşı profilaktiki dehelmitizasiyaların konkret aparılması vaxtları hər bir bölgədə xəstəliyin epizootoloji situasiyası nəzərə alınmaqla rayonun, təsərrüfatın baytar həkimləri tərəfindən dəqiqləşdirilə bilər.
Heyvanlarda fassilyoz xəstəliyinə qarşı müalicə-profilaktika işləri heyvan sahibinin hesabına aparılır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, fassiolyoza qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatına uyğun baytar həkiminin təyinatı, tövsiyəsi və iştirakı ilə aparılmalıdır.
Göygöldə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
07 Sentyabr 2026
Aqrar subsidiya şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib
07 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medallar və vəsiqələr təqdim olunub
04 Sentyabr 2026
Göygöldə heyvan sağlamlığı məsələləri müzakirə olunub
04 Sentyabr 2026
Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayır
04 Sentyabr 2026