Azad olunmuş ərazilərdə torpaqların icarəyə verilməsi üzrə II investisiya müsabiqəsi elanı
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə ikinci investisiya müsabiqəsi elan olunur
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə ikinci investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.
Torpaqların müsabiqə ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.
Müsabiqədə iştirak üçün müraciət edən sahibkarlıq subyektləri tərəfindən aşağıdakılar nəzərə alınmalıdır:
- İnvestisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri
|
s.s
|
Rayon adı
|
Sahə
|
İstiqamət
|
Məlumat
|
Qeyd
|
|
1
|
Xocavənd
|
2214 ha, 58 parsel
|
1. Balıqçılıq
|
4 ha, 3 parsel
|
I müsabiqədən vakant qalan sahələr + yeni sahələr
|
|
2. Müasir suvarma sistemi qurulmaqla kənd təsərrüfat fəaliyyəti
|
300 ha, 1 parsel
|
|
3. Bağçılıq
|
1800 ha, 43 parsel
|
|
4. Orqanik istehsal
|
110 ha, 11 parsel
|
|
2
|
Xocalı
|
1220 ha,
65 parsel
|
1. İntensiv heyvandarlıq
|
450 ha, 37 parsel
|
|
|
2. Günəbaxan istehsalı
|
630 ha, 25 parsel
|
|
3. Tut bağı
|
100 ha, 1 parsel
|
|
4. Balıqçılıq
|
3 ha, 1 parsel
|
|
5. Bağçılıq
|
37 ha, 1 parsel
|
|
3
|
Zəngilan
|
356 ha,
10 parsel
|
1. Üzümçülük (şərab emalı ilə birlikdə)
|
20 ha, 1 parsel
|
|
|
2. Əkinçilik və ya Bağçılıq
|
320 ha, 8 parsel
|
|
3. Balıqçılıq
|
16 ha, 1 parsel
|
|
4
|
Qubadlı
|
4865 ha, 12 parsel
|
1. Balıqçılıq
|
5 ha, 1 parsel
|
|
|
2. Dənli birillik əkinlər (dəmyə)
|
570 ha , 6 parsel
|
|
3. Pivot suvarma sistemi qurulmaqla kənd təsərrüfat fəaliyyəti (özəl aqropark)
|
2340 ha, 2 parsel
|
|
4. Gülçülük istixanası
|
20 ha, 1 parsel
|
|
5. Pivot suvarma sistemi qurmaqla kənd təsərrüfatı fəaliyyəti (heyvandarlıq – özəl aqropark)
|
1860 ha, 1 parsel
|
|
6. Bağçılıq
|
70 ha, 1 parsel
|
|
5
|
Cəbrayıl
|
600 ha,
1 parsel
|
Dənli birillik əkinlər (dəmyə)
|
600 ha, 1 parsel
|
|
|
6
|
Ağdərə
|
1500 ha, 5 parsel
|
1. Müasir suvarma sistemi qurulmaqla kənd təsərrüfat fəaliyyəti
|
1300 ha, 4 parsel
|
1300 ha ümumi sahə, 200 bağ sahəsi seçilib
|
|
2. Bağçılıq
|
200 ha, 1 parsel
|
|
7
|
Ağdam
|
635 ha, 22 parsel
|
Bağçılıq
|
635 ha, 22 parsel
|
Bağlar və onların ətrafı
|
|
8
|
Füzuli
|
1550 ha, 32 parsel
|
1. Dənli birillik əkinlər (dəmyə)
|
1100 ha, 3 parsel
|
400 ha Qaraxanbəyli
|
|
2. Orqanik istehsal
|
450 ha, 29 parsel
|
|
9
|
Laçın
|
20 ha,
7 parsel
|
Bağçılıq
|
20 ha, 7 parsel
|
|
|
|
CƏMİ
|
12 960 ha,
212 parsel
|
|
|
|
- İcarə müddəti: İcarə müqaviləsi ilkin olaraq 5 (beş) il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 (qırx dörd) ilədək uzadılır.
- İnvestisiya layihəsinin istiqaməti: (əkinçilik, bağçılıq, heyvandarlıq, gülçülük istixanası və balıqçılıq);
- Ərizə qəbulunun başlanma vaxtı: (15 dekabr 2025-ci il, saat 18.00)
- Ərizə qəbulunun bitmə vaxtı: (5 fevral 2026-cı il saat 18.00)
- Ərizələrin qəbul ediləcəyi informasiya sistemi: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS – eagro.az)
- Təqdim olunacaq investisiya layihəsində nəzərə alınmalı olan məlumatlar və tələblər (şərtlər):
- layihənin məqsədləri və mərhələli şəkildə icra müddəti göstərilməklə, layihənin təşkilati planı (o cümlədən istehsal və maliyyə planları)
- satış bazarının xarakteristikası (o cümlədən istehsal ediləcək məhsulların xarici bazarlara çıxış imkanları);
- məşğulluğun təmin edilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər, yaradılacaq iş yerləri, habelə layihənin icrası zamanı yerli resurslardan (yerli işçi qüvvəsindən (işğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və yaşayan şəxslərdən), mal, iş və xidmətlərdən) istifadə edilməsi;
- layihənin həyata keçirilməsi zamanı aqrar sığorta sisteminin tətbiq edilməsi;
- istehsal üçün tələb olunan avadanlıq haqqında məlumatlar (o cümlədən məhsulun saxlanılması üçün elevatorlar (taxıl siloları) və soyuq hava depoları);
- layihə ilə bağlı növbəti illərdə kreditə tələbatın dövrlər üzrə bölgüsü (aylar və illər üzrə ehtiyac olan kredit məbləğlərini göstərən qrafik);
- layihə üzrə risklərin qiymətləndirilməsi;
- layihənin icrasının ətraf mühitə, torpaqların münbitliyinə mənfi təsirlərinin qarşısının alınması, ekoloji risk səviyyəsinin azaldılması üçün həyata keçiriləcək tədbirlər, habelə yaşıl texnologiyaların tətbiq edilməsi;
Qeyd. Təqdim olunacaq investisiya layihələri (biznes-plan) minimum 20 hektar sahəni əhatə etməli və Qaydalarda nəzərdə tutulan tələblərə cavab verməlidir (https://e-qanun.az/framework/58341)
Müsabiqədə iştirak etmək istəyən sahibkarlar EKTİS_də qeydiyyatdan keçməli, “Müraciətlərim” bölümündə “Müsabiqədə iştirak” seçməli, investisiya layihələri ilə yanaşı aşağıdakı sənədləri EKTİS-ə daxil edərək, müraciətini tamamlanmalıdır:
- İştirakçının şəxsiyyətini təsdiq edən sənədin surəti, qeydiyyat ünvanı, VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar, əlaqə nömrələri, elektron poçt ünvanı;
- hüquqi şəxslər üzrə əlavə olaraq dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;
- ərizəçinin oxşar layihələrin icrası sahəsində təcrübəyə malik olması, habelə idarəetmə imkanlarına, biliklərə, innovasiyaya, texnologiyalara və ya onların hazırlanması və ya cəlb edilməsi imkanlarına malik olması barədə özünün hazırladığı məlumat və təsdiqedici sənədlər;
- ərizəçinin Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin və riskli vergi ödəyicisi olmaması barədə təsdiqedici sənədlər;
- ərizəçinin son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış (cari ildə fəaliyyətə başlama halında – maliyyə vəziyyəti barədə hesabat və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış, bütün fəaliyyət dövrünü əhatə etməklə);
- müsabiqədə iştirak haqqının ödənildiyini təsdiq edən sənəd;
Qeyd: Biznes planlara tələbləri əks etdirən nümunələrin (çərçivələrin) linki əlavə olunur:
Link: https://drive.google.com/drive/folders/1CT2fF6x2sS7SM8SgIvlqw9doLzazQ2j8?usp=sharing
- İnvestisiya Komissiyanın yerləşdiyi ünvan, telefon nömrələri və elektron poçt ünvanı;
- AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91
- Əlaqə nömrələri: (012) 498-08-44, 498-89-14
- Elektron poçt: web@agro.gov.az
- Fax: (012) 498-64-49
- müsabiqədə iştirak haqqının məbləği: hər iştirak üzrə 50 manat
- müsabiqədə iştirak haqqının köçürüləcəyi müvafiq bank hesabı:
Adı/Name: Dövlət Xəzinədarlıq Agentliyi
Kod/Code: 210005
VÖEN/İNT: 1401555071 (Dövlət Xəzinədarlıq Agentliyi)
VÖEN/İNT: 1700069791 (Kənd Təsərrüfatı Nazirliyi)
Müxbir hesab: AZ41NABZ01360100000000003944
SWİFT/ SWİFT: CTREAZ22
Hesab №/Account № AZ94CTRE00000000000002188301 (Mərkəzi Aparat)
Büdcə səviyyəsi kodu: 7
Büdcə təsnifatı kodu: 142330