Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən ilk dəfə olaraq yaş meyvə-tərəvəzlərdə və istixanalarda fumiqasiya tədbirləri həyata keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirakı ediblər. Tədbir çərçivəsində respublikada ilk dəfə yaş meyvə-tərəvəzin fumiqasiyasında istifadə olunan “ECO2FUME” fumiqantının sınağı keçirilib. Eyni zamanda fumiqasiya tədbirləri istixana şəraitində 13 min m3 ərazidə pomidor güvəsinə qarşı da aparılıb. İlkin məlumata görə, qeyd olunan preparatın tətbiqi zamanı pomidor güvəsinin (tuta absoluta) və başqa zərərvericilərin bütün bioloji inkişaf mərhələlərində məhv edildiyi aşkarlanıb. Belə ki, həftə ərzində 2043 ton dənli-paxlalı və texniki yük, 7144 m3 meşə materialı, 78868 m3 saxlanma yerləri zərərsizləşdirilib.
Qeyd edək ki, zərərsizləşdirmə tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması-kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması izah edilir. Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Eyni zamnada fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
30 Oktyabr 2026
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
29 Oktyabr 2026
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin noyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
29 Oktyabr 2026
Saatlıda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026