Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, İmişli rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər İmişli Rayon Baytarlıq İdarəsinin 20 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.
İdarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər, 1 qəsəbə və 48 kəndində saxlanılan 95062 baş iribuynuzlu, 254979 baş xırdabuynuzlu,1717 baş təkdırnaqlı heyvana və 1182738 baş quşa baytarlıq xidməti göstərirlər.
Hazırda rayonun Qaralar kəndi ərazisində yerləşən Rəhmanov Sahil Pasan oğluna məxsus “İmişli-R-Aqro” cins heyvandarlıq kompleksində nodulyar dermatit xəstəliyinə qarşı vaksinasiya tədbiri aparılır. Lizinq yolu ilə alınmış bu təsərrüfatda 550 baş holiştin-friz və simmental cinsindən olan mal-qara saxlanılır. Bu tədbirdən öncə təsərrüfatda həm qarayara, həm də dabaq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılıb. Eləcə də kompleksdə 2050 kvadratmetr sahədə profilaktiki dezinfeksiya işləri görülüb.
Cari ilin müvafiq ərzində 94998 baş iribuynuzlu, 1791 baş təkdırnaqlılar arasında qarayara xəstəliyinə qarşı peyvənd aparılıb. 95176 baş iribuynuzlu və 196764 baş xırdabuynuzlu heyvan dabaq xəstəliyinə qarşı profilaktiki peyvəndə cəlb edilib. Bundan başqa cari ilin müvafiq dövrü ərzində 5836 baş sahibli itdə quduzluq, 5847 baş iribuynuzlu və 4360 baş xırdabuynuzlu heyvanda leptospirioz, xəstəliyinə qarşı, 442070 (“H” ştammı ilə) baş quş və 393044 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 505 baş iribuynuzlu heyvanlardan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda vərəmə qarşı 1173 baş iribuynuzlu heyvanlarda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.
Aprel ayında iribuynuzlu heyvanlarda nodulyar dermatit və xırdabuynuzlu heyvanlarda çiçək xəstəliklərinə qarşı profilaktiki peyvənd tədbirlərini aparmaq məqsədilə nəzərdə tutulmuş vaksinin bölgüsü aparılaraq peyvəndləmə tədbirinə başlanılıb. Aprel ayının sonuna kimi həm iribuynuzlu heyvanlar arasında nodulyar dermatit xəstəliyinə, həm də xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub. Sonrakı aylarda isə xırdabuynuzlu heyvanlarda qarayara, iri və xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdiriləcək. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” sözü yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024