Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən müraciətlərə əsasən verilməyə başlandığı 2020-ci il ərzində dövlət 407 298 fermerə 232 milyon 92 min manatdan artıq əkin subsidiyası ödəyib. Əkin subsidiyası 1.3 milyon hektara yaxın sahədə aparılmış payızlıq, yazlıq və çoxillik əkinlərə görə ödənilib. 38 fermer isə təkrar qarğıdalı əkininə görə 1 milyon 828 min manat subsidiya alıb.
Ötən müddət ərzində 37 807 fermerin Fermer Kartına 6 643 700 manat heyvan subsidiyası köçürülüb. Bu subsidiya fermerlərə süni mayalandırma yolu ilə əldə etdikləri 66 437 buzova görə verilib.
22 185 arıçı bəslədikləri arı ailələrinə görə 5 milyon manatdan çox subsidiya alıb.
4 955 kümçüyə 2.2 milyon manata yaxın barama subsidiyası ödənilib.
Pambıq, şəkər çuğunduru, quru və yaş tütün istehsal etmiş 19 min fermer məhsul subsidiyası üçün müraciət edib. Bu fermerlərə 34 milyon manat məhsul subsidiyası ayrılıb.
Toxum subsidiyası üçün müraciət edən toxumçular 75 min ton məhsul satdıqlarını bəyan ediblər. Onlara 5.5 milyon manat subsidiya məbləği hesablanıb.
Qeyd edək ki, hazırda 2020-ci ilin payızlaq əkinləri üzrə fermerlər əkin bəyanlarını EKTİS-ə daxil edirlər. Məhsul və toxum subsidiyaları üzrə ödənişlər davam edir. Subsidiya Şurası 2021-ci il üçün subsidiya əmsallarını və kvotaları təsdiqləyib.
Azərbaycan nümayəndə heyəti FAO-nun Balıqçılıq Komitəsinin 37-ci sessiyasında iştirak edir
08 Sentyabr 2026
Azərbaycan nümayəndə heyəti Budapeştdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edir
08 Sentyabr 2026
Göygöl rayonunda III Moruq və Aqrar Biznes Festivalları keçirilib
08 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin sentyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Sentyabr 2026
Göygöldə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
07 Sentyabr 2026