Tabeli qurumlar
2016-ci il üzrə tenderlər
İnformasiya və Kommunikasiya Texnologiyaları İnfrastrukturunun inkişaf etdirilməsi üçün satınalınması nəzərdə tututulan mal, iş və xidmətlərin satınalınması üçün təkliflər sorğusu 19.12.2016.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi üçün
informasiya və kommunikasiya texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi üçün satınalınması nəzərdə tutulan mal, iş və xidmətlərin satınalınması üçün
Təkliflər Sorğusuna dəvət edir:
Təkliflər sorğusu iki lot üzrə keçirilir:
Lot 1- “iRİS - İnteraktiv Regional İnformasiya Sisteminin yaradılması”
Lot-2 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi üçün
informasiya və kommunikasiya texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi üçün satınalınması nəzərdə tututulan mal, iş və xidmətlərin satınalınması”.
Təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Təkliflər sorğusunda iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsi 80, 7-ci mərtəbə, 717-ci otaq (Əlaqələndirici şəxs: Rəşad İsmibəyli, telefon: 498-08-44, (Email: reshad.ismibayli@agro.gov.az) ünvanından ala bilər.
Təkliflər sorğusunun təkliflərinin qiymətləndirilməsi mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, iddiaçıların analoji işlər üzrə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına əsasən yerinə yetiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün Lot-2 üzrə 23 dekabr 2016-ci il və Lot-1 üzrə isə 26 dekabr 2016-cı il saat 14:30-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Təkliflər sorğusunda iştirak etmək istəyən təşkilatların ixtisas göstəricilərinə dair tələblər, tender üzrə sənədlərin geniş siyahısı, hazırlanması və təqdim olunması qaydaları və sair haqqında ətraflı məlumat əsas şərtlər toplusunda öz əksini tapmışdır.
İddiaçıların təqdim etdikləri təkliflər sorğusu təklifləri Azərbaycan Respublikasının dövlət dilində olmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 (otuz) bank günü müddətində qüvvədə olmalıdır.
Tenderin təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçirələcəkdir.
İddiaçıların təklifləri Lot-2 üzrə 23 dekabr 2016-ci il saat 16:00-da, Lot-1 üzrə isə 26 dekabr 2016-cı il saat 16:00-da Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 80, 7-ci mərtəbə, 722-ci otaqda açılacaqdır. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflər sorğusunun açılış mərasimində iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilər.
Tarix: 19.12.2016.
Tender Komissiyası