Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində dəvət olunmuş beynəlxalq ekspert Arne Hedenin iştirakı ilə təşkil olunmuş təlim günləri başa çatıb.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda keçirilmiş təlimlər üç gün davam edib və iqlim dəyişmələrində müasir bitki seleksiyası metodlarına həsr olunub. Təlimlərdə Əkinçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutları, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu və AKİA-nın əməkdaşları iştirak ediblər.
Təlimlərdə “İqlim dəyişmələri və müasir bitki seleksiyası metodları” mövzusunda təqdimatla cıxış edən Arne Hede konservasiyalı əkinçilik və seleksiyada ona müvafiq bitki sortlarının yaradılması, ənənəvi seleksiya ilə yanaşı biotexnologiyanın seleksiya işlərinə inteqrasiyası, hüceyrə və toxuma kulturası, molekulyar diaqnostika, geni dəyişdirilmiş orqanizmlərə dair müasir metodlar və cihazlar, bu sahədə aparılan elmi-tədqiqat işləri haqqında iştirakçılara məlumat verib və beynəlxalq təcrübəni bölüşüb. O, həmçinin dünya əhalisinin artımı, adambaşına düşən əkin sahəsi, məhsuldarlığın artırılmasının zəruriliyi, bitki seleksiyası məlumatının qlobal iqlim dəyişikliyinin təsirinin yumşaldılması istiqamətlərində aparılması, Azərbaycanda iqlim dəyişikliyi və XXI əsr üçün proqnozlar, Afrika qitəsində kənd təsərrüfatına iqlim dəyişikliyinin təsiri və s. məsələlər üzrə geniş məlumatlar verib. Təlim müddətində mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai, layihənin əlaqələndiricisi Nəzakət İsmayılzadə “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin institutun maddi-texniki bazasının gücləndirilməsində, keçirilmiş təlimlərin elmi tədqiqatların müasir tələblər səviyyəsində aparılmasında böyük rolu olacağını qeyd ediblər.
Tədbirin sonuncu günü təlim iştirakçılarına sertifikatlar təqdim edilib. Sertifikatları AKİA-nın sədr müavini Əmir Əmirli, “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin rəhbəri Anar Əzimov və Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai təqdim ediblər.
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyi üzrə 237 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edilib
18 Avqust 2026
Qusarda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Bootcamp keçirilib
18 Avqust 2026
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
17 Avqust 2026
Qusarda Aqrar Biznes Festivalı və I İntensiv Meyvə Bağları Festivalı keçirilib
17 Avqust 2026