Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində yeni bitki sortlarına aid TFS (Təsərrüfat Faydalı Sınaqlar) sınaqları üzrə müvafiq fenoloji müşahidələr aparılır. Müşahidələrə əsasən ayrı-ayrı sortlar üzrə qışlamadan sonra bitkilərin sahə görünüşü, 1m2-də olan bitkilərin sayı, xəstəliklərə davamlılığı və s əlamətləri müəyyən edilir. Məntəqədə 2018-ci ildə Dövlət Xidməti tərəfindən yeniliyə görə aparılan ekspertizanın nəticələrinə əsasən sınağa qəbul olunan sortlara aid FOS (Fərqlilik, Oxşarlıq, Sabitlik) sınaqları üzrə qiymətləndirmə işləri də aparılır. Qiymətləndirmə işləri UPOV metodikasına uyğun olaraq yerinə yetirilir.
Bundan başqa İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində özəl şirkətlər tərəfindən respublikaya gətirilən və müxtəlif bölgələrdə becərilən buğda və arpa sortlarından ibarət nümayiş əkinlərində də müşahidələr aparılır. Nümayiş əkinləri əsasən İtaliya, Fransa, Rusiya, Türkiyə, Ukrayna, Avstriya mənşəli arpa və buğda sortlarından ibarətdir. Eyni zamanda müqayisə üçün nümayiş əkinində xarici sortlarla bərabər respublika ərazisində geniş əkin sahəsinə malik olan “Qobustan”, “Qızıl buğda”, “Əsgəran”, “Qarabağ 22” “Qarabağ 33” və s. yerli sortlar da əkilib.
İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində may-iyun aylarında özəl şirkətlərin, fermerlərin, Elmi Tədqiqat Müəssisələrinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin iştirakı ilə birlikdə sahədə sortlara baxış keçirilməsi nəzərdə tutulur.

Nazir Məcnun Məmmədov Qarabağda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 May 2026
Nazir Məcnun Məmmədov Şuşada vətəndaşlarla görüşüb
15 May 2026
Fiziki və hüquqi şəxslərə məxsus istehsal və saxlama yerlərində fumiqasiya tədbirləri davam etdirilir
15 May 2026
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
15 May 2026
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb
15 May 2026