Azərbaycan Dövlət Aqrar Universiteti və İstanbul Universiteti arasında imzalanmış müqaviləyə əsasən, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, ölkənin balıqçılıq üzrə mütəxəssislərlə təminatın yaxşılaşdırılması əsas prioritetlərdən sayılır. Bu məqsədlə həyata keçirilən tədbirlərin mühüm istqamətlərindən biri də məhz Türkiyənin aparıcı ali təhsili müəssisələri ilə qarşılıqlı əməkdaşlığıdır.
Bu əməkdaşlıq çərçivəsində İstanbul Universitetinin Su bilimləri fakültəsinin müəlimi, doktor dosent Farhad Çağlıtay Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin balıqçılıq ixtisasının tələbələrinə mühazirə oxuyub, təcrübə dərsləri keçib. Mühazirələr və təcrübə saatları oktyabrın 19-na kimi davam edəcək. Bu müddət ərzində tələbələr balıqların bəslənilməsi, süni mayalandırılması, suyun keyfiyyəti və digər mövzularda mühazirlər dinləyəcək, təcrübə dərsləri keçəcəklər.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026