Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Şəki Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara, davar və quşlar yetişdirilən və saxlanılan binaların dezinfeksiyası və dezinseksiyası davam etdirilir. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq Sucma kəndində yerləşən fermer təsərrüfatında 2500 kvadratmetr, Oxud kəndi ərazisində yerləşən Niyazi Səfərova məxsus maldarlıq təsərrüfatında 850 kvadratmetr, Dərəcənnət kəndində yerləşən İsrəfilə Abdullayev məxsus qoyunçuluq fermasında 1300 kvadratmetr ərazidə dezinfeksiya və dezinseksiya işləri həyata keçirilib.
Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Şəki rayonunda 31906 kvadratmetr ərazidə dezinfeksiya, 30125 kvadratmetr ərazidə dezinseksiya tədbirləri aparılıb.
Ümumiyyətlə, heyvanlar saxlanılan binalar və ətraf ərazilərdə aparılan tədbirlər zamanı almerdeheyde, ektosan, kreolin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.
“Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.
Şəki Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən bu dövr ərzində həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 20066 baş iribuynuzlu və 4862 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 3268 baş iribuynuzlu heyvanlarda vərəmə (allergik), 4836 baş qoçlarda infeksion epidedimitə (seroloji) və 1789 baş atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələri aparılıb və yoluxma aşkar edilməyib.
Həmçinin cari ilin ötən dövrü ərzində 71219 baş iribuynuzlu, 293121 baş xırdabuynuzlu, 6683 baş cavan iribuynuzlu, 3052 baş təkdırnaqlı heyvanda qarayara, 121637 baş iribuynuzlu heyvanda, 145631 baş xırdabuynuzlu heyvanda dabaq, 63474 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 5998 baş iribuynuzlu heyvanda leptospiroz, 219292 baş xırdabuynuzlu heyvanda çiçək, 48629 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini), 10914 baş iribuynuzlu heyvanda (“Ştamm-19” vaksini) bruselyoz, 4993 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 199114 başda “La-sota” vaksini, 200028 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Şəki Rayon Baytarlıq İdarəsi rayon ərazisində profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirlərini aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirir.
Hazırda Şəki Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib. Nazirliyin Təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir” rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
Aqrar Sığorta Fondu müstəqil aqrar sığorta ekspertliyinə namizədlər üçün sənəd qəbulu elan edir
22 Aprel 2025
Nazir Məcnun Məmmədov Tərtər və Bərdədə intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub
21 Aprel 2025
Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə Aqrar Sığorta Fonduna 76 müraciət daxil olub
21 Aprel 2025
Nazir Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
18 Aprel 2025
Aqrar sığorta eksperti olmaq istəyənlər üçün Bakıda və Naxçıvanda imtahanlar keçirilib
17 Aprel 2025