Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamının icrasını həyata keçirmək məqsədilə Kənd Təsərrüfatını Nazirliyinin maliyyə dəstəyi ilə Şəki, Xaçmaz, Qobustan, Ağcəbədi və Tovuz rayonlarında toxum emalı müəssisələrinin tikintisi nəzərdə tutulub.
Artıq Ağcabədi rayonunda toxum emalı fabrikinin tikintisinə başlayıb, Xaçmaz rayonunda isə fabrikin tikintisində son tamamlanma işləri aparılır. Şəki Toxum Emalı Fabrikinin tikintisi isə tam şəkildə bitərək, cari məhsul mövsümündə dənli bitkilərin qəbulu üçün tam hazır vəziyyətə gətirilib. Fabrikdə xaricdə istehsal olunan və texnologiyanın son nailiyyətləri ilə təchiz olmuş avadanlıqlar quraşdırılıb. Burada fermerlərin istehsal etdikləri məhsulların yüksək keyfiyyətlə təmizlənməsi, dərmanlanması və qablaşdırılması həyata keçiriləcək.
Bununla əlaqədar istismara hazır olan Şəki toxum emalı fabrikində Dövlət Toxum Fondunun əməkdaşlarının və tikinti quraşdırma üzrə mütəxəssislərin iştirakı ilə ilkin sınaq testləri keçirilib. İstismara hazır olan fabrikin istehsal gücü saatda 5 tondur ki, bu da Şəki şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdikləri məhsulların təmizlənməsini tam təmin edəcəkdir. Bundan əlavə, fabrikdə 300 ton həcmində qapalı anbar və 1500 ton həcmində silo qurğuları quraşdırılıb. Bu anbar və qurğular regionda saxlanc şəraiti olmayan sahibkarların öz istehsal etdikləri məhsulları təhlükəsiz və keyfiyyətli saxlamasına imkan yaradır.
Nazir Məcnun Məmmədov Qarabağda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 May 2026
Nazir Məcnun Məmmədov Şuşada vətəndaşlarla görüşüb
15 May 2026
Fiziki və hüquqi şəxslərə məxsus istehsal və saxlama yerlərində fumiqasiya tədbirləri davam etdirilir
15 May 2026
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
15 May 2026
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb
15 May 2026